Xocavəndli məcburi köçkünlər tibbi müayinədə fəal iştirak edirlər
12.03.2014 [09:32]
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən fevralın 17-dən başlayaraq ölkə vətəndaşlarının kütləvi tibbi müayinəsi həyata keçirilir. Bu humanitar aksiyada xocavəndli məcburi köçkünlər də fəal iştirak edirlər.
Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva AzərTAc-a bildirib ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün zəruri tədbirlər görülüb. Xocavəndli məcburi köçkünlər respublikanın 36 şəhər və rayonunda məskunlaşıblar. Fevralın 17-dən indiyədək Beyləqan rayonu ərazisində və Sumqayıt şəhərində məskunlaşmış 4745 sakin tibbi müayinədən keçirilib, 5 rayonda məskunlaşmış xocavəndli məcburi köçkünlərin müayinəsi başa çatıb.
Mərkəzi rayon xəstəxanasının baş həkiminin müavini Fövzi Tahirov məlumat verib ki, müayinələrin mütəşəkkil qaydada aparılması üçün əvvəlcədən ciddi hazırlıq işləri görülüb, lazımi şərait yaradılıb. Sakinlər terapevt, cərrah, lor, stomatoloq və digər ixtisaslı həkimlərin qəbulunda olur, kardioqram, ultrasəs müayinələrindən keçirilir. Bu günədək 270 nəfər ambulator, 6 nəfər stasionar müalicəyə cəlb olunub, 4 nəfər isə daha geniş müalicə almaq üçün paytaxtın tibb müəssisələrinə göndərilib.
Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti xocavəndli məcburi köçkünlər tərəfindən minnətdarlıqla qarşılanıb. Xocavənd qəsəbəsindəki mərkəzi rayon xəstəxanasında tibbi müayinədən keçən Salakətin kənd tam orta məktəbin müəllimi Taleh Mirzəyev yaradılan şəraitdən, aksiyanın təşkilindən razılığını bildirərək, göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

