Hər bir tarixi abidənin öz əhəmiyyəti var...
14.03.2014 [09:24]
“Sovetski” adlanan ərazidə mədəniyyət abidələrinin taleyinə ayrıca baxılacaq
Son dövrlər ölkə mətbuatında ən çox müzakirə olunan mövzulardan biri də “Sovetski” adlanan ərazidə həyata keçiriləcək yenidənqurma işləri və bu istiqamətdə atılacaq addımlardır. Ümumiyyətlə, vurğulamaq yerinə düşər ki, yeniləşən və müasirləşən paytaxtımızın daha da gözəlləşməsi fonunda köhnə “Sovetski” adlanan ərazidə müasir standartlara uyğun infrastrukturun, gözəl istirahət məkanının yaradılması, nəqliyyat sisteminin yenidən qurulması ilə bağlı dövlət tərəfindən xüsusi fəaliyyət planı həyata keçirilir. Dünyanın ən gözəl şəhərləri ilə müqayisə olunan müasir Bakının inkişafında, yenidən qurulmasında tarixiliyə böyük önəm verilir. Bakının müasirliyi, fərqliliyi, sosiallığının təmin olunması həyata keçirilən siyasətin tərkib hissəsidir. Bu siyasətin davamı olaraq Bakıda yaşıllıqların sahəsi yaxın gələcəkdə artırılacaq, köhnə tikililər söküləcək, yeni yollar çəkiləcək, müasir standartlara cavab verən sosial obyektlər, çoxlu sayda parklar istifadəyə veriləcək.
Eyni zamanda, sözügedən ərazidə bir sıra ev muzeyləri və maddi mədəniyyət abidələri fəaliyyət göstərir. Bəs, həmin mədəniyyət ocaqlarının taleyi necə olacaq? Bu sualı cavablandıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev öncə sökülməsi nəzərdə tutulan “Sovetski” adlanan yaşayış ərazisindəki tarixi abidələrin hər birirnin öz əhəmiyyəti olduğunu bildirib. Nazir qeyd edib ki, sözsüz, hər bir tarixi abidənin taleyinə ayrıca baxılacaq: “Yeni tikililərin inşası, yolların genişləndirilməsi, şəhərlərin inkişafı bütün dünyada müşahidə olunan prosesdir və bunlar istər-istəməz tarixi abidələrlə müəyyən bir ziddiyyət təşkil edir. Ona görə də məsələlərə həssaslıqla yanaşmaq, ölkə əhəmiyyətli tarxi abidələri bərpa etmək, qorumaq, onlar ətrafında mədəni mühiti formalaşdırmaq bir məqsəd olaraq qarşımızda dayanır”.
Beləliklə, biz də bu yazıda “Sovetski” adlanan ərazidə mövcud olan ev muzeyləri haqqında məlumat vermək qərarına gəldik.
Mirzə Cəlil ocağı...
Məlum olduğu kimi, Azəbaycan xalqının görkəmli oğlu, yazıçı, dramaturq, xalq müəllimi, ictimai xadim Cəlil Məmmədquluzadə 1922-1932-ci illərdə Bakı şəhərində yaşayıb. “Sovetski” adlanan ərazidə - Süleyman Tağızadə küçəsi 56 ünvanında yerləşən ədibin ev muzeyi xalqımızın Ümummilli lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan hökumətinin müvafıq qərarı ilə 1978-ci ildə yaradılıb. Muzeyin ümumi sahəsi 185 kv.m-dir və beş zaldan ibarətdir. Bu otaqlarda C.Məmmədquluzadənin və onun xanımı Həmidə xanımın həyat və yaradıcılığını əks etdirən qiymətli, tarixi eksponatlar yerləşdirilib.
Muzey fəaliyyətə başladığı ildən muzey fondunda ədibin və digər mollanəsrəddinçilərin həyat və yaradıcılığını əks etdirən 4 minə yaxın material toplanıb. Hər il muzeyın eksponatlarına minlərlə tamaşaçı baxır. Burada C.Məmmədquluzadənin xatirəsinə həsr olunmuş ədəbi gecələr, xatirə günləri, disputlar, səyyar sərgilər təşkil olunur.
Abdulla Şaiqin ev-muzeyi Heydər Əliyev Fondunun dəstəyi ilə təmir olunub
Ərazidə yerləşən Abdulla Şaiqin ev - muzeyi isə görkəmli ədibin həyat və bədii yaradıcılığını, pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır. 1990-cu ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə yaradılan muzey A.Şaiqin adını daşıyan (keçmiş Yuxarı dağlıq) küçədə, vaxtilə ədibin və onun ailəsinin yaşadığı binadakı mənzildə yerləşir.
2001-ci ildə Ulu öndər Heydər Əliyevin xüsusi Sərəncamı əsasında Abdulla Şaiqin 120 illik yubileyi ilə əlaqədar muzeydə silsilə tədbirlər keçirilib. Yeri gəlmişkən, 100 illik tarixi olan binanın zirzəmisinə dolan qrunt suları çökmə təhlükəsi yaradıbmış. 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə bina yenidən əsaslı təmir edilib. Binanın özülü bərpa olunub. İndi A.Şaiqin ev-muzeyi bura gələnləri yüksək səviyyədə qarşılaya bilir. Bunun üçün Azərbaycan mədəniyyətinin, incəsənətinin keşiyində duran hər bir insana təşəkkür etmək lazımdır.
Ü.Hacıbəylinin ev-muzeyinin açılışında Ümummilli lider şəxsən iştirak edib
“Sovetski” adlanan ərazidə yerləşən ev muzeylərindən biri də milli bəstəkarlıq məktəbimizin yaradıcısı Üzeyir Hacıbəylinin ev muzeyidir. Şamil Əzizbəyov küçəsində yerləşən muzeyin ekspozisiyası buraya gələnləri bəstəkarın həyat və yaradıcılığının parlaq səhifələri ilə tanış edir.
Qeyd edək ki, dahi bəstəkarın ev-muzeyinin yaradılması məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hətta, bu gün Üzeyir Hacıbəylinin ev muzeyində Ulu öndərin muzeyə göstərdiyi diqqət və qayğını əks etdirən xüsusi bir guşə də fəaliyyət göstərir.
Dünya şöhrətli azərbaycanlının ev muzeyi
L. və M. Rostropoviçlərin ev muzeyi isə dünya şöhrətli violonçelist, dahi şəxsiyyət M.Rostropoviçin anadan olduğu və uşaqlıq illərini keçirdiyi evdə yerləşir. Muzeyin ekspozisiyasında M.Rostropoviçin uşaqlıq, gənclik, həyat və yaradıcılıq illərinin çiçəkləndiyi dövrləri əks etdirən maraqlı materiallar nümayiş etdirilir. Muzeyin ekspozisiyası iki hissədən ibarətdir. Birinci hissədə Rostropoviçlər ailəsinin yaşadığı evin ab-havası, o dövrkü mühit əks etdirilib. Muzeydə nümayiş olunan eksponatlar arasında L. Rostropoviç tərəfindən oğluna yazılan (1942-ci il) məktub da var. Bu məktub M.L Rostropoviç üçün hər bir zaman mənəvi dayaq rolunu oynayıb. Ekspozisiyanın ikinci hissəsində M.L.Rostropoviçin həyat və yaradıcılıq fəaliyyətinin ən mühüm anları, eyni zamanda onun Bakı ilə əlaqələrini təsdiqləyən materiallar nümayiş olunur.
Sonda onu da deyək ki, əsrlərin sərt sınağından keçərək zəmanəmizə gəlib çatmış tarixi abidələr xalqımızın keçmiş həyat salnaməsini özündə ehtiva etməklə yanaşı, həm də maddi mənəvi sənədləridir. Odur ki, tariximizin cansız şahidləri olmuş bu cür sənədlərin qorunub saxlanması daim dövlətimizin diqqət mərkəzindədir.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

