Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada qəyyumluğa götürülmüş yetim uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada qəyyumluğa götürülmüş yetim uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

10.06.2014 [09:24]

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü və İ.N.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə Moskvada qəyyumluğa götürülmüş yetim uşaqlar üçün xeyriyyə aksiyası keçirilib. Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib.
Qəyyumluğa götürülmüş yetim uşaqlar üçün bayram şənliyi Mandelştam adına parkda təşkil edilib. Fəallar fokusçunun və rəqs qruplarının iştirakı ilə məxsusi bu uşaqlar üçün əyləncəli proqram hazırlayıblar. Şənliyin balaca səbəbkarları müxtəlif müsabiqələrdə iştirak edib, oynayıb, əyləniblər. Uşaqları qəyyumluğa götürənlər də kənarda qalmayıb, balacalarla bərabər əyləncəli oyunlarda iştirak edib, pryaniklərin üstündə rəsmlər çəkib, müxtəlif oyuncaqlar düzəldiblər.
Gənc Stomatoloqlar Assosiasiyasının fəalları balacalara dişlərə necə qulluq etmək lazım olduğunu öyrədiblər. Bayram şənliyinin təşkilində və keçirilməsində iştirak edən fəallar arasında İ.N.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan, Yaponiya, Malayziya, Özbəkistan və Çindən olan tələbələri də vardı.
Şənliyin sonunda bütün uşaqlara hədiyyələr verilib, valideynlərə isə AMOR jurnalının nömrələri paylanıb. Həmin gün parkda yoldan keçənlər də xoşbəxt və qayğısız anlar yaşayan balacaların sevincinə qoşulublar.

Paylaş:
Baxılıb: 918 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30