“Gülləbatmaz” ləqəbli qəhrəman
30.10.2014 [09:58]
Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun keçdiyi döyüş yolu müharibə tariximizə qızıl hərflərlə yazılıb
Dağlıq Qarabağ müharibəsi başlayanda, o, Rusiyada yaşayırdı. Yaxşı işi, onu sevən həyat yoldaşı, hər gün yolunu gözləyən 7 yaşlı oğlu vardı. Ailədə hamı öz taleyindən razı idi. Əgər 1992-ci ildə ermənilər Xocalıda ağlasığmaz qətliam törətməsəydilər, həyat əvvəlki kimi davam edəcəkdi. Yüzlərlə günahsız insanın Xocalıda qətlə yetirilməsi Orucovların növrağını alt-üst etdi. 16 yaşlı əmisi qızının ermənilər tərəfindən vəhşicəsinə öldürülməsindən xəbər tutan Vəzir dərhal Vətənə dönüb, silaha sarıldı. Onun intiqamı çox ağır oldu.
Qəhrəmanla qısa tanışlıq
Vəzir Orucov 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Orta təhsilini kənd məktəbində alıb. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olsa da, hərbi xidmətə çağırıldığı üçün təhsili yarımçıq qalıb. 1975-1977-ci illərdə Sovet ordusunun sıralarında xidmət edib. Hərbi xidmətini başa vurandan sonra Tərtərdəki çörək zavodunda əmək fəaliyyətinə başlayan Vəzir 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçüb. Amma Qarabağ müharibəsində iştirak etmək üçün 1992-ci ildə Vətənə qayıdıb.
Sıravi döyüşçü kimi hərbi xidmətə başlayan V.Orucov öz bacarığı sayəsində qısa müddət ərzində tabor komandirinin müavini vəzifəsinə yüksəlib. Marquşevan, Levonarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. 1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşlərdə ağır yaralansa da, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə qayıdıb. 22 mart 1993-cü ildə Ağdərənin Qobus yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Pasport əvəzinə avtomat
Vəzir Orucov Arxangelsk vilayətini tərk edəndə gələcək planları barədə ailə üzvlərinə heç nə deməyib. Həyat yoldaşını və 7 yaşlı oğlunu inandırıb ki, Azərbaycanda yaşayan qohumlarına baş çəkməyə gedir. Tərtərdə yaşayan valideynləri də onun əsl niyyətini başa düşməyiblər. Cəbhə bölgəsinə yollandığı gün evdə deyib ki, şəhərə alış-veriş etməyə gedir. Amma Tərtərə yox, Marquşevan kəndinə üz tutub. Yolda qarşısına yaralı polis işçisi çıxıb. Xeyli xahiş-minnət edəndən sonra həmin polis əməkdaşının silahına sahib ola bilib. Amma yaralı asayiş keşikçisini çətin vəziyyətdə qoymaq istəmədiyi üçün öz pasportunu ona verib. Şəhid olduğu tarixə - 1993-cü il mart ayının 22-nə kimi silahı əlindən yerə qoymayıb...
Bir gündə iki tank vurub
Döyüşçü dostları V.Orucovu intizamlı hərbçi, cəsur komandir kimi xarakterizə edirlər. II qrup Qarabağ əlili Suliddin Yusifov deyir ki, Azərbaycan Ordusu Çıldıran döyüşündə Vəzirin şücaəti sayəsində qələbə qazana bilib: “Döyüşdən əvvəl Vəzir dedi ki, başlıca vəzifəmiz ermənilərin hərbi texnikasını ələ keçirməkdir. Plana görə, düşmənin ağır texnikasını sıradan çıxarandan sonra canlı qüvvəsini məhv etməli idik. Vəzir ərazini yaxşı tanıdığı üçün bizi piyada erməni döyüşçülərinin arxasına yerləşdirdi. Bu vaxt gənc əsgərlərdən biri dedi ki, yaxınlıqda erməni var. Vəzir halını da pozmadı. Qayıtdı ki, burda elə erməni olmalıdır. Biz də bunun üçün gəlmişik. Sonra bizə aşağı oturmağı əmr etdi. Onun soyuqqanlılığı bizə də sirayət etdi. Vəzir bir qədər irəliləyib, təkrar yanımıza qayıtdı. Dedi ki, ermənilərin tankı burdadır. Vəzir səbrli adam idi. Bir neçə dəqiqə gözləyəndən sonra erməni tankını vurdu. Düşmənin ağır texnikasının sıradan çıxdığını görən kimi onların üzərinə hücuma keçdik. Bu vaxt ermənilər tankdan bizə atəş açıdılar. Sən demə, həmin ərazidə düşmənin daha bir tankı varmış. Vəzir cəmi bir neçə saniyə ərzində həmin tankı da sıradan çıxardı. Həmin gün ermənilərin 2 tankını və xeyli sayda canlı qüvvəsini məhv etdik. Vəzir dedi ki, nəyin bahasına olursa-olsun, bu gün Çıldıran yüksəkliyini ələ keçirməliyik. Düşmənin ağır texnikası sıradan çıxdığı və xeyli sayda canlı qüvvəsi məhv edildiyi üçün bizə müqavimət göstərə bilmədi. Yüksəkliyə qalxanda orda xeyli silah-sursat gördük. Ermənilər əllərində nə vardısa, hamısını qoyub qaçmışdılar. Həmin vaxt Nəcməddin Sadıqov da başqa bir yüksəklikdə idi. Vəzir onunla əlaqə yaradıb, yerimizi deyəndə Nəcməddin Sadıqov sevindiyindən ağladı...”
35 əsgərin həyatını xilas edib
V.Orucov həm də təcrübəli kəşfiyyatçı idi. O, döyüşdən əvvəl düşmənin canlı qüvvəsi və hərbi texnikası barədə ətraflı məlumat toplayırdı. Buna görə də, həmin dövrdə Azərbaycan Ordusu cəbhənin Tərtər istiqamətində bir-birindən uğurlu əməliyyatlar keçirib.
Sərsəng su anbarı uğrunda gedən döyüş V.Orucovun hərbçi bioqrafiyasına qızıl hərflərlə yazılıb. Hücum zamanı 35 nəfərin mühasirəyə düşdüyünü öyrənən Vəzir batalyonda qalan əsgərlərin hamısını götürüb, onların köməyinə gedir. Vəziyyət olduqca ağır idi. Vəzir ərazini nəzərdən keçirəndən sonra öz döyüşçüləri ilə birlikdə yaxınlıqdakı təpənin arxasında mövqe tutur. Ermənilərin 35 əsgərimizi diri ələ keçirmək istədiyini başa düşən təcrübəli komandir düşmənə bu planı həyata keçirməyə imkan vermir. O, ermənilərin qarşısına çıxıb, onlarla açıq döyüşə girir. Vəzirin və döyüşçü dostlarının igidliyi sayəsində mühasirə yarılır və əsgərlərimiz ölümün pəncəsindən xilas olurlar. Amma Vəzir bununla kifayətlənmir. O, qüvvələri birləşdirib, erməniləri təqib etməyə başlayır. Sərsəng su anbarı uğrunda gedən döyüşdə ermənilərin xeyli sayda canlı qüvvəsi və ağır texnikası məhv edilir. Düşmənin qarşısına ayaq üstdə çıxdığı üçün bu döyüşdən sonra V.Orucova “gülləbatmaz” ləqəbi verilir.
Vəzir Orucovun son döyüşü
1993-cü il mart ayının 20-də V.Orucovun oğlu Camalın 7 yaşı tamam olur. Vəzir Azərbaycana yenicə dönmüş oğlunu təbrik etmək üçün gecəyarısı evlərinə gedir. Anası oğlunun gözlərinin qızardığını görəndə ona bir qədər yatmağı məsləhət görür. Vəzir gözlərinə dərman töküb, yerinə uzanır. Amma çox keçmədən yatağından qalxıb, silahını götürür. Anası hara getdiyini soruşanda deyir ki, Qlobus yüksəkliyini almadan geri dönməyəcək.
Qlobus Ağdərənin strateji əhəmiyyəti böyük olan yüksəkliklərindən biri idi. Ermənilərin bu yüksəkliyə nəzarət etməsi Azərbaycan Ordusunun Ağdərə istiqamətində irəliləməsinə mane olurdu. Buna görə də, 1993-cü il mart ayının 22-də Qlobus istiqamətində hücum təşkil olunur...
Qarabağ müharibəsi veteranı, Vəzirin döyüşçü dostu Nizami Heydərov həmin günü belə xatırlayır: “Vəzir özünə yaxşı mövqe seçmişdi. Məqsəd üst tərəfdən keçən yolu nəzarətdə saxlamaq, ermənilərin hərbi texnikasının irəliləməsinə mane olmaq idi. Əməliyyat başlayandan cəmi bir neçə dəqiqə sonra ermənilərə məxsus “Qaz-66” markalı maşın yolda göründü. Vəzirə dedim ki, vaxt itirmə, “Qaz-66”nı vur. Əli ilə mənə işarə etdi ki, tələsmə. Onun hansı səbəbdən atəş açmağa tələsmədiyini bir neçə dəqiqə sonra başa düşdük. Sən demə, qarşı tərəfdən bir “Kamaz” gəlirmiş. “Qaz-66” ilə “Kamaz” qarşılaşanda Vəzir silaha əl atdı. O, sərrast atəşlə “Kamaz”ı vurdu. Maşın fırlanıb “Kamaz”ın yoluna çıxdı və onlar bərk toqquşdular. Bununla da yol bağlandı. Qızğın döyüşlərin getdiyi bir vaxtda iki böyük maşını toqquşdurub yolu bağlamaq ancaq Vəzir kimi iti zəka sahiblərinin ağlına gələ bilərdi”.
Yol bağlandıqdan sonra V.Orucov pulemyotunu götürüb, döyüşə atılır. Amma bir neçə dəqiqə sonra düşmən gülləsi onun həyatına son qoyur. Həmin gün Vəzir bizi cismən tərk edir. Onun əziz xatirəsi isə əbədiyyətə qədər xalqımızın qəlbində yaşayacaq. Çünki qəhrəmanlar unudulmur...
Seymur Verdizadə
Yazı “RUH” Azərbaycan
Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı
“Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində hazırlanıb
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54

