Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / KİVDF və AFFA-nın birgə keçirdikləri fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

KİVDF və AFFA-nın birgə keçirdikləri fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

05.12.2014 [09:57]

Dünən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə keçirilmiş “AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AFFA-nın inzibati binasında keçirilən tədbiri giriş sözü ilə açan federasiyanın baş katibi Elxan Məmmədov son illər respublikamızda idmanın müxtəlif növlərinin, o cümlədən futbolun inkişafı üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini bildirib. 2014-cü ilin respublikamızın idman ictimaiyyəti üçün əlamətdar il olduğunu deyən Elxan Məmmədov Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) İcraiyyə Komitəsinin bu il sentyabrın 19-da qəbul etdiyi qərara əsasən Bakının 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi 13 şəhər sırasına düşdüyünü xatırladıb. AFFA baş katibi Azərbaycan üçün mühüm əhəmiyyətə malik bu hadisənin mahiyyətinin ölkə vətəndaşlarına dolğun şəkildə çatdırılması baxımından kütləvi informasiya vasitələrinin mühüm rolunu diqqətə çatdırıb.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli son illər dinamik iqtisadi uğurları ilə dünyanın diqqət mərkəzində olan müstəqil Azərbaycanın həm də idmanın kütləviləşdiyi, mötəbər beynəlxalq yarışların keçirildiyi ölkə kimi tanındığını bildirib. V.Səfərli Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdikləri “AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin ölkə ictimaiyyətinin diqqətinin bu məsələyə cəlb edilməsi və fərdi jurnalist yazılarının stimullaşdırılması məqsədi daşıdığını vurğulayıb.
Vüqar Səfərli müsabiqəyə 21 redaksiyadan 24 yazının təqdim olunduğunu diqqətə çatdırıb. Yazılar 3 ekspert tərəfindən qiymətləndirilib, 6 nəfər əsas, 5 nəfər həvəsləndirici mükafata layiq görülüb.
Müsabiqəyə təqdim edilmiş yazıları qiymətləndirmiş ekspertlər - tanınmış jurnalistlər Məzahir Süleymanzadə və “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev yazılar barədə fikirlərini açıqlayıblar.
Sonra müsabiqənin qaliblərinə diplomlar və pul mükafatları təqdim edilib. Müsabiqədə iştirak edən, lakin qalib olmayan jurnalistlər də AFFA tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Paylaş:
Baxılıb: 923 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30