Gənclər Fondu 6-cı qrant müsabiqəsinə yekun vurub
06.12.2014 [12:04]
Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fondun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasın gündəliyinə 6-cı qrant müsabiqəsi çərçivəsində təqdim olunan layihələrin müzakirəsi, qurum tərəfindən maliyyələşdirilən layihələrin monitorinqi qaydalarının təkmilləşdirilməsi və digər məsələlər daxil edilib.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 6-cı qrant müsabiqəsi barədə məlumat verərək bildirib ki, 2014-cü il sentyabrın 5-dən oktyabrın 20-dək Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1248 layihə təklifi daxil olub. Oktyabrın üçüncü ongünlüyü və noyabr ayı ərzində layihələr Fondun aparatının əməkdaşları tərəfindən sistemləşdirilib, hər biri haqqında annotasiya hazırlanıb, 500-dək müraciətçi ilə görüşlər keçirilib.
Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını indiyədək təqdim etməyən gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəliblər. Digər təkliflər qiymətləndirilərkən ilk növbədə, ictimai əhəmiyyət daşıyan, gənclərin fiziki, intellektual və mənəvi inkişafına xidmət edən, real icra planı və büdcəsi olan layihələrə üstünlük verilib.
Aparılan müzakirələr nəticəsində “A” kateqoriyası üzrə 137 layihədən 103-ü, “B” kateqoriyası üzrə 24 layihədən 13-ü, “C” kateqoriyası üzrə 1087 layihədən 292-nin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunan 408 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2 milyon 86 min 100 manat vəsaitin ayrılması nəzərdə tutulub (həmin layihələrin siyahısı 2014-cü il dekabrın 9-da Fondun rəsmi internet səhifəsində yerləşdiriləcək).
İclasda Fond tərəfindən maliyyələşdirilən layihələrin monitorinqinin təkmilləşdirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin monitorinqinin aparılması Qaydaları”na bir sıra əlavə və dəyişikliklər təklif edilib. Müzakirələrdən sonra həmin təkliflər qəbul olunub.
Erməni diasporuna qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində daha təsirli və ardıcıl tədbirlərin görülməsinin vacibliyi vurğulanaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara qarşı törədilən soyqırımların araşdırılması ilə bağlı xarici tədqiqatçılar və tələbələr üçün qrant müsabiqələrinin keçirilməsinin zəruriliyini qeyd edilib. Bu məqsədlə xüsusi kateqoriyanın müəyyən edilməsi və ya mövcud olanlardan birinin yenisi ilə əvəzlənməsi barədə təkliflər səslənib. Müşahidə Şurası tərəfindən qəbul edilən sənədlərə müvafiq əlavə və dəyişikliklərin layihəsinin hazırlanması üçün Şura üzvləri və Fondun əməkdaşlarından ibarət tərkibdə işçi qrupu yaradılıb. Yeni kateqoriya üzrə müsabiqənin 2015-ci ilin əvvəllərində elan edilməsi qərara alınıb.
Gündəlikdəki məsələlərlə bağlı müzakirələrdə Müşahidə Şurasının üzvləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22

