Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına böyük diqqət göstərir
10.12.2014 [10:01]
Partiyanın tələbə-gənclərə təqaüd verməsi bu diqqətin nümunəsidir
Məlum olduğu kimi, bu gün ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir. Azərbaycanın sürətli inkişafı, ölkəmizin ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsasını təşkil edir. Gənclərin yüksək səviyyəli və keyfiyyətli təhsillə təmin olunması, onların bilikli və vətənpərvər vətəndaş kimi yetişdirilməsinə yönəlmiş addımlar da dövlət gənclər siyasətinin mühüm elementlərindən birini təşkil edir. Tələbə - gənclərin təqaüdlərinin artırılması, ali və orta ixtisas təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və dövlətin çox böyük maddi və mənəvi dəstəyi hesabına 10 mindən artıq azərbaycanlı gəncin dünyanın aparıcı ali təhsil müəssisələrində müasir elmin sirlərinə yiyələnməsi, Azərbaycanın gələcəyi olan gənclərin inkişafı üçün yaradılan yüksək şəraitin və diqqətin nəticəsidir.
Sirr deyil ki, bu gün ölkəmizin inkişaf siyasətində özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası (YAP) öz sıralarında 640 min nəfərə qədər insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, regionda ən böyük siyasi qüvvəyə çevrilib. Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının üzvü olmaq hər bir gənc üçün böyük şərəf və məsuliyyətdir. Partiyaya gənclərin axını Yeni Azərbaycan Partiyasında gənclik enerjisini artırmaqla gələcək inkişafımıza ən etibarlı təminat yaradır. Qürurla deyə bilərik ki, əsl ümumxalq partiyası olan, Yeni Azərbaycan Partiyasının gəncləri Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı naminə müəyyən etdiyi proqramın həyata keçirilməsində hər zaman Onun ən yaxın dəstəkçiləri olub və hazırda Prezident İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər.
Xüsusilə qeyd etmək lazımdır ki, YAP gənclərlə bağlı bir sıra layihələrin də müəllifidir və bu layihələr vasitəsilə gənclərimizə diqqət göstərilir, fəal gənclərin üzə çıxarılıb onların potensialından səmərəli istifadə olunması yönündə addımlar atılır. Partiyamız sosial-mədəni həyatın əsas sahələrinin - elmin, təhsilin və mədəniyyətin inkşafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Bütün sadalanan prinsiplərə hər zaman sadiqliyini nümayiş etdirən Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən və artıq ənənə halını almış, məktəblilər arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsi isə xüsusilə diqqət cəlb edir.
Qeyd edək ki, bu layihənin əsası 2007-ci ildə Yeni Azərbaycan Partiyası, Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qoyulub. Daha sonra Heydər Əliyev Fondu da bu layihəyə qoşularaq gəncliyin inkişafına öz töhfələrini verməkdədir. Həmin müsabiqənin qalibləri Ulu öndərin doğum günü ərəfəsində keçirilən təntənəli mərasim zamanı mükafatlandırılır. Həmin mükafatlandırmadan əlavə YAP bəyan edib ki, əgər müsabiqənin qalibləri ali məktəblərə qəbul olub tələbə adını qazanarlarsa, onlara ali təhsillərini bitirənədək partiyanın təqaüdü veriləcək. Artıq YAP-ın təqaüdünü alanların sayı 33 nəfərdir və bu təqaüdü alanlardan ali məktəbləri başa vuranlar da var. Tələbə-gənclərə təqaüdlərin verilməsi bir daha Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafına göstərdiyi qayğının təcəssümüdür. Bu təqaüdün sahibləri də YAP tərəfindən belə təşəbbüslərin həyata keçirilməsini yüksək qiymətləndirirlər. 2014-2015-ci il tədris ili üçün qəbul imtahanlarında uğur qazanaraq tələbə adını qazananlar arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsinin qaibləri də var.
Onlardan Məcid Vüqar oğlu Nəcəfli Dövlət İqtisad Universitetinə qəbul olub və hazırda bu ali məktəbin 1-ci kursunda təhsil alır. Məcid 1998-ci ildə Tərtər rayonunda dünyaya gəlib və orta təhsilini də Tərtər şəhəri 2 saylı məktəb-liseyində alıb. O, 11-ci sinifdə təhsil alarkən, bu ilin aprel ayında “Heydər Əliyev məktəblilərin gözü ilə” müsabiqəsində iştirak edib. “Dünya azərbaycanlılarının lideri Heydər Əliyevin şərəfli həyat yolu” adlı inşa yazaraq müsabiqəyə təqdim edib. Məcidin yazısı münsiflər tərəfindən qiymətləndirilib və respublika üzrə 2-ci yerə layiq görülüb. “May ayının 16-da isə mükafatlanldırma mərasimi oldu. Mərasimdə YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov qaliblərin ali məktəblərə qəbul olunacağı təqdirdə partiya tərəfindən təqaüd veriləcəyini bildirdi. Mən də bu il ali məktəbə qəbul oldum. Bundan sonra isə, təqaüdlə bağlı partiyaya müraciət etdim və müraciətim dərhal müsbət cavablandırıldı” - deyən M.Nəcəfli hesab edir ki, YAP tərəifndən bu təşəbbüs gənclər üçün stimullaşdırıcı amildir. Onun sözlərinə görə, bu kimi layihələr gənc nəslə diqqətin göstəricidir: “Eyni zamanda, bu, gəncləri elmə, təhsilə daha da həvəsləndirir”.
YAP-ın təqaüdünü alan digər tələbə-gənc isə Nəzrin Əmirxan qızı Mehdiyevadır. Balakən rayonunda dünyaya gələn Nəzrin rayonun Nizami adına 1 saylı orta məktəbində təhsil alıb. O, “Heydər Əliyev məktəblilərin gözü ilə” müsabiqəsində iki dəfə iştirak edib və hər dəfə də uğur qazanıb. Belə ki, N.Mehdiyeva 9-cu sinifdə oxuyarkən 2-ci, 11-ci sinifdə oxuyarkən isə 3-cü yerin qalibi olub. Ümumiyyətlə, təhsilinə ciddi fikir verən Nəzrin orta təhsil müddətində digər müsabiqələrdə də iştirak edərək uğur qazanıb. Bizimlə söhbətində N.Mehdiyeva Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə təsis edilən təqaüdün sahibi olmaqla, qazandıqları uğurun bəhrəsini hələ qarşıdakı illərdə də görəcəklərini deyib. Azərbaycan Tibb Universitetində təhsil alan Nəzrin deyib ki, müsabiqənin keçirilməsi haqqında ona məktəbdə məlumat verilmişdi: “Şərtləri öyrəndikdən sonra mən də müsabiqəyə qatıldım. Ümummilli liderimiz Heydər Əliyevlə bağlı düşündüklərimi yazdım və qalib oldum. Yazdığım hər iki inşa Ulu öndərin anadan olmasının ildönümünə həsr olunan müsabiqədə qiymətləndirildi”.
N.Mehdiyeva müsabiqənin qaliblərinin mükafatlandırma mərasimində həvəslə iştirak etdiyini deyib: “Tədbirdə hədiyyə və diplom aldım. YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov inşa müsabiqəsinin qaliblərini təbrik edəndən sonra bizim üçün sevindirici olan bir xəbəri də elan etdi. Məlum oldu ki, müsabiqənin qalibləri ali məktəblərə daxil olacaqları təqdirdə YAP tərəfindən təqaüd alacaqlar. Əli müəllim, həmçinin, müsabiqəni dövlətçilik, vətənpərvərlik, yaradıcılıq və intellekt məktəbi adlandıraraq bunun ənənəyə çevriləcəyini, hər il təşkil ediləcəyini də bildirdi”.
Beləliklə, bu xəbəri eşitmək orta məktəb şagirdi üçün ikiqat sevincə səbəb olub. Eyni zamanda, bu, onun növbəti qələbəsini stimullaşdırıb: “Məlum oldu ki, əsas hədiyyəni - təqaüdü almaq üçün tələbə olmaq, qarşıya qoyulan şərti ödəmək lazımdır. Yəni, bu təqaüdü almaq üçün daha çox çalışmalı, inşa müsabiqəsində qazandığım nailiyyətə layiq olmalıydım. Axı, Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı təsis edilən təqaüdün sahibi olmağa namizəd idim və bu imkandan istifadə etməli, mənə verilən şansdan yararlanmalı, həm də buna layiq olduğumu sübut etməli idim”.
Beləliklə, bu çalışqanlıq, məsuliyyət nəticə verib. O, tələbə adını qazandıqdan sonra YAP-ın təsis etdiyi təqaüdü aldığı gün çox sevinib.
Digər tələbə Gülnar Şahin qızı Cavadova da YAP-ın təqaüdünə layiq görülən gənclərdəndir. Bu il sahib olduğu tələbə bileti ona nəinki arzularını gerçəkləşdirmək, həm də Yeni Azərbaycan Partiyasının təsis etdiyi təqaüdü alması üçün bir vasitədir. “Ümummilli liderimizin xatirəsinə həsr edilən müsabiqədə qaliblərdən biri olmağımla fəxr edirəm. Mən dahi şəxsiyyət haqqında düşündüklərimi, müstəqil fikirlərimi yazmışam. Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir təşkilatın təsis etdiyi təqaüdün sahibi olmaq şərəfli, qürurvericidir” - deyə, Gülnar bildirib. Yevlax rayonunda dünyaya gələn və burada 4 saylı orta məktəbdə təhsil alan Gülnar 10-cu sinifdə oxuyarkən “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsində iştirak edib və respublika 3-cüsü olub. “Mən builki qəbul imtahanlarında uğur qazandım, Azərbaycan Texniki Universitetinin Elektronika, telekommunikasiya və radiotexnika mühəndisi fakültəsinə daxil oldum. YAP-ın təqaüdçüsü olmaq isə sevincimə sevinc qatıb” - deyə, YAP təqaüdçüsü vurğulayıb.
Göründüyü kimi, partiyamızın Azərbaycan gəncliyinə diqqət və qayğısı yüksək səviyyədədir. Bunu YAP-ın təqaüdünə layiq görülən gənclər də xüsusi vurğulayırlar. Şübhəsiz ki, bu amil nəticə etibarilə gənclərin partiyamızın sıralarına qoşulmaq istəklərində də özünü göstərir. Bir sözlə əminliklə demək olar ki, Azərbaycan gənclərinin YAP sıralarına qoşulmalarının, öz siyasi talelərini bu partiya ilə bağlamalarının ciddi əsasları var. Partiyamızın sıralarına xüsusilə intellektli, bilik və bacarıqlı, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərin qoşulduğunu nəzərə alsaq, bu əsasların hansı amillərə bağlı olduğunu əminliklə söyləmək olar. Bu o deməkdir ki, YAP gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər. Məhz yuxarıda adını çəkdiyimiz layihələrdə iştirak edən gənclərin YAP tərəfindən qiymətləndirilməsi də bu reallığın bariz göstəricisidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37

