Bakı Slavyan Universitetində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
13.12.2014 [11:57]
Bakı Slavyan Universitetində (BSU) Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib. Əvvəlcə BSU-nun rəhbərliyi, müəllim və tələbələri Fəxri Xiyabanı ziyarət edərək Ulu öndərin məzarı önünə gül dəstələri qoyublar.
Anım günü ilə əlaqədar olaraq ali təhsil müəssisəsində Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanan eyniadlı ədəbi-bədii kompozisiya təqdim olunub. BSU-da baş tutan növbəti mərasimdə Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra universitetin rektoru, professor Asif Hacıyev Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib: “Müasir Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik-hüquqi dövlət quruculuğunun inkişafında misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim yüksək qiymətləndirilir, əziz xatirəsi dərin ehtiramla anılır. Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olundu, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edildi. Ulu öndərin hakimiyyəti dövründə respublikamız ictimai, siyasi, iqtisadi, mədəni sahələrdə misilsiz nailiyyətlər qazandı”.
Ümummilli liderin elm və təhsil sahəsinə göstərdiyi diqqətdən söhbət açan rektor onu da vurğulayıb ki, Heydər Əliyev tərəfindən yaradılmış Bakı Slavyan Universiteti bu gün Ulu öndərin etimadını doğruldur və Onun arzu etdiyi yolla fəaliyyətini davam etdirir.
Mərasimdə Yeni Azərbaycan Partiyasının BSU-dakı ərazi ilk partiya təşkilatının sədri, dosent Aygün Hacıyeva, Beynəlxalq əlaqələr üzrə prorektor, millət vəkili, professor Sahibə Qafarova, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə attaşesi Əhməd Sami, dosent Aynur Bəşirli, baş müəllim Zümrüd Məlikova, magistrant Ülkər Ələsgərova və tələbələr Afaq Yusifli və Elşad Barat Ulu öndər Heydər Əliyevin qoyub getdiyi irsin bugünkü və gələcək həyatımız üçün əhəmiyyətindən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20

