Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə aztəminatlı ailələrə yardım edilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə aztəminatlı ailələrə yardım edilib

30.12.2014 [09:20]

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Qaradağ rayonunun aztəminatlı ailələri ilə görüş keçirilib. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və rayon ictimaiyyəti iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərinin danılmaz olduğunu bildirib. O, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas məzmununu milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd edib. Hər bayramda olduğu kimi, bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu” tərəfindən rayonunun aztəminatlı ailələrinə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü kimi vurğulayıb.
Daha sonra görüş iştirakçıları adından çıxış edənlər rayon Veteranlar Cəmiyyətinin sədri Əli Məmmədov, şəhid ailəsi Səməngül Niftəliyeva və Qubadlı rayonundan məcburi köçkün Mübarək Yusifov hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra Hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu” tərəfindən 3800, rayon İcra Hakimiyyəti tərəfindən 200 ailəyə ərzaq yardımı verilib.

Paylaş:
Baxılıb: 777 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30