Binəqədi rayonu hər keçən gün daha da müasirləşir və inkişaf edir
07.01.2015 [09:44]
Son illər aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri rayonun 1 saylı sahə inzibati ərazi dairəsində də diqqəti cəlb edir
Məlum olduğu kimi, 2004-cü ildən başlayaraq respublikamızda regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı uğurla yerinə yetirilib. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən bu proqramların icrası, həmçinin, əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə öz növbəsində 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub və hazırda ölkəmizdə yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir. Məhz bəhs olunan Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində Azərbaycanın mənzərəsi tamam dəyişib, iqtisadi potensialın yalnız paytaxtda və yaxud bir neçə regionda cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkəboyu inkişafa nail olunub. Bu inkişafdan isə paytaxtın Binəqədi rayonuna da pay düşüb. Belə ki, hazırda ölkənin hər yerində olduğu kimi, Binəqədi rayonunda da abadlıq-quruculuq işləri gedir. Yerli sakinlərin də qeyd etdikləri kimi, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər, xüsusilə də, 2012-ci ilin aprelindən sonra aparılan abadlıq-quruculuq işləri nəticəsində Binəqədi rayonu yeni inkişaf və tərəqqi dövrünə qədəm qoyub. Bizimlə söhbətdə sakinlər onu da vurğuladılar ki, rayon hər keçən gün daha da müasirləşir və inkişaf edir. Prezident İlham Əliyevin rayona hər səfəri isə yeni-yeni obyektlərin açılışı ilə yadda qalır. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Binəqədi rayonu Bakı şəhər inzibati ərazisinə daxil olub, şəhər mərkəzindən 10,5 km. məsafədə, Abşeron yarımadasının şimal-qərbində yerləşir. 169,38 kvadratkilometr ərazini əhatə edən rayonun əhalisinin sayı 400 min nəfərə yaxındır. Rayonun inzibati ərazisində 5 qəsəbə (Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, 28 May), 4 mikrorayon var. Burada, eyni zamanda, 7 və 8-ci mikrorayonların, Dərnəgül yaşayış sahəsinin ərazi hüdudlarını əhatə edən 1 saylı Sahə inzibati ərazi dairəsi (SİƏD), 6 və 9-cu mikrorayonların ərazi hüdudlarını əhatə edən 2 saylı Sahə inzibati ərazi dairəsi təşkil olunub. Rayonda 5 bələdiyyə fəaliyyət göstərir.
Əvvəlki illərdə olduğu kimi, 2014-cü il də Binəqədi rayonunun həyatında bir sıra uğurların əldə olunması ilə yadda qalıb. Belə ki, ötən il ərzində rayonda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, ölkədə davamlı olaraq həyata keçirilən sosial məzmunlu siyasətə uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim nəzarətdə saxlanıb, yeni iş yerləri açılıb, rayon intensiv şəkildə abadlaşdırılıb, qəsəbələrdə, mikrorayonlarda abad məhəllələr yaradılıb, memarlıq və şəhərsalma intizamı möhkəmləndirilib.
Eyni zamanda, uğurla reallaşdırılan “Təmiz Binəqədi” layihəsi çərçivəsində rayonda çoxsaylı tədbirlər həyata keçirilib. Məlumat üçün bildirək ki, sözügedən layihə gələn ilin yayında paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq mərhələsində Binəqədi rayonunun küçə və prospektləri boyunca binaların memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbələrdə və mikrorayonlarda, məhəllələrdə və istirahət guşələrində aparılan təmizlik-abadlıq işlərini intensiv şəkildə davam etdirmək məqsədilə irəli sürülüb.
Bu məqamda onu da vurğulayaq ki, Binəqədidə mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin, digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir aparılıb və bu istiqamətdə işlər indi də davam etdirilir. Və bu məqam rayonun 1 saylı Sahə inzibati ərazi dairəsində də xüsusilə diqqəti cəlb edir.
7 və 8-ci mikrorayonların, Dərnəgül yaşayış sahəsinin ərazi hüdudlarını əhatə edən 1 saylı Sahə inzibati ərazi dairəsinin 45 minə yaxın sakini var. Bunu ərazidə aparılan abadlıq-quruculuq işləri ilə tanışlıq zamanı öyrəndik. Ərazidə olarkən onu da öyrəndik ki, paytaxtın mərkəz hissələrindən biri sayılan bu ərazidə son üç ildə xeyli iş görülüb. Bir çox məhəllədaxili yollar asfaltlanıb, yol kənarları abadlaşdırılıb, əhalinin istirahəti üçün gözəl parklar salınıb, müasir tələblərə cavab verən abad məhəllələr yaradılıb. Eyni zamanda, binaların girişləri təmir edilib, 7 çoxmənzilli yaşayış binasının lifti tamamilə dəyişdirilib.
Bu barədə qəzetimizə açıqlama verən 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Sitarə Cabbarlı əlavə etdi ki, tikinti-quruculuq işləri uğurla davam etdirilir və həyata keçirilən bütün işlər rayon rəhbərliyinin xüsusi diqqət mərkəzində saxlanılır.
Qeyd olundu ki, hazırda 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yerləşən Ağasadıq Gəraybəyli küçəsi, 31 ünvanında binanın fasad örtüyünün üzlənməsi işi həyata keçirilməkdədir. Rayonun ümumi görünüşünə, yaradılan gözəlliklərə uyğun şəkildə aparılan üzlənmə prosesi, eyni zamanda, bina sakinlərinin də razılığına səbəb olur. Həmçinin, Ziya Bünyadov prospekti 19, 21, 23 saylı binaların girişlərində aparılan təmir işləri də sürətlə davam etdirilməkdədir. Uzun illərdən bəri, xüsusilə 8-ci mikrorayon sakinlərinin sevimli istirahət yeri olan Ayna Sultanova parkında da əsaslı təmir-bərpa işlərinə başlanılıb. Bununla yanaşı, prospekt boyunca yaşıllıq zolaqları salınır, piyadaların rahat hərəkəti üçün səkilərə tamet örtüyü döşənilir.
Yuxarıda da vurğuladığımız kimi, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində rayon ərazisində “Təmiz Binəqədi” layihəsi reallaşdırılır. Və ərazidə olarkən öyrəndik ki, nümayəndəliyinin ərazisində yerləşən Ziya Bünyadov prospektində yaradılmış “Baku 2015-1st Europian Games” guşəsi də bu istiqamətdə atılmış yaddaqalan addımlardan biridir.
Bununla yanaşı, sözügedən ərazidə yerləşən Atatürk prospekti 58, 60 ünvanlarının, eləcə də Şəmsi Rəhimov küçəsindəki 51, 54, 56 saylı binaların üzlənməsi işləri də sürətlə həyata keçirilir. Həmçinin, nümayəndəliyin ərazisində təmizlik işlərinə də ciddi fikir verilir. Məişət tullantılarının yığılması, tullanması üçün xüsusi yerlər ayrılıb, müasir tələblərə cavab verən, məişət tullantılarının çeşidlənməsi üçün nəzərdə tutulmuş “tullantı köşkləri” quraşdırılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər sakinlər tərəfindən də böyük razılıqla qarşılanır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

