Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərenerji”də 20 Yanvar faciəsinin qurbanları anılıb

“Azərenerji”də 20 Yanvar faciəsinin qurbanları anılıb

20.01.2015 [09:32]

Dünən “Azərenerji” ASC-də 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar “20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda anım tədbiri keçirilib. Tədbirdə çıxış edənlər xalqımızın tarixində və yaddaşında dərin iz qoymuş, onun sonrakı taleyinə güclü təsir göstərmiş hadisələr sırasında 1990-cı ilin 20 Yanvarının - Qanlı Yanvarın özünəməxsus yeri olduğunu vurğulayıblar. Bu hadisəni təkcə çoxsaylı insan tələfatına, ölçüyəgəlməz mənəvi itkilərə və maddi dağıntılara səbəb olmuş faciə kimi deyil, həm də ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şərəf və qəhrəmanlıq səhifəsi kimi səciyyələndiriblər.
O da qeyd olunub ki, bu ictimai zorakılıq və hərbi vəhşilik xalqımızın milli oyanışını, onun azadlıq və müstəqillik arzularını boğmağa yönəlsə də, bir nəticə verməyib və əksinə, milli istiqlalın gerçəkləşdirilməsi uğrunda mücadiləyə misilsiz təkan verib.
Çıxış edənlər Qanlı Yanvar hadisələrinə də ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndiyini, ölkəmizin sürətlə inkişaf etdiyini, ordumuzun gücləndiyini vurğulayıblar.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.
Səlim LOĞMANOĞLU

Paylaş:
Baxılıb: 739 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30