Bilik Fondunda 20 Yanvar faciəsi ilə bağlı xarici tələbələrlə görüş keçirilib
20.01.2015 [09:50]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə 20 Yanvar Cəmiyyətinin sədri Soltan Əzimzadə, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr müavini Rüzgar Əliyev, Şəhid Ailələri və Milli Qəhrəmanlar İctimai Birliyinin sədri Əlirza Mehdiyev, şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova, 20 Yanvar hadisələrində əlil olmuş Mustafa Əliyev, Cavid Abdullayev və Azərbaycanda təhsil alan xarici tələbələr, Bilik Fondunun könüllüləri iştirak ediblər.
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov 25 il öncə Bakıda dinc insanlara qarşı törədilən qətliamdan danışıb. İcraçı direktor bildirib ki, dövlətinin azadlığı uğrunda Sovet qoşunlarına qarşı əliyalın mübarizəyə qalxan insanlar Vətən yolunda tərəddüd etmədən canlarından keçiblər.
O.Səmədov xüsusən xarici tələbələrin diqqətinə çatdırıb ki, 1990-cı ilin ağır günlərində Ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək xalqımızın yaşadığı fəlakəti bütün dünayaya bəyan edib.
Tədbirdə 20 Yanvar dəhşətlərini göstərən film nümayiş olunub. Xarici tələbələr öz ölkələrinin müstəqillik tarixindən danışaraq, qeyd ediblər ki, azad dövlətdə yaşamaq istəyən xalqlar arzularına qurbanlar bahasına çatıblar.
Tədbirdə Bilik Fondunun könüllüsü, faciənin yaşıdı, eşitmə qüsurlu Behbud Cəfərquliyevin 20 Yanvar hadisələrinə həsr etdiyi rəsmlər nümayiş olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41

