KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
29.01.2015 [09:42]
Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib:
1. Fondun 2014-cü ilin yekunlarına həsr olunmuş hesabatının müzakirəsi;
2. Fondun 2015-ci il üçün Tədbirlər Planının təsdiqi;
3. Fondun 2015-ci il üçün ekspertlərinin tərkibinin təsdiqi;
4. Novruz bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin elanının təsdiqi;
5. Cari məsələlər.
Fondun icraçı direktoru Vüqar Səfərli birinci məsələ ilə bağlı geniş məruzə edərək 2014-cü ildə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələrin diqqət mərkəzində saxlanıldığını, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edən çoxsaylı layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Vüqar Səfərli dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə edilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ötən il Fond tərəfindən keçirilmiş fərdi jurnalist müsabiqələri barədə ətraflı məlumat verib. İcraçı direktor, həmçinin KİV-ə Dövlət Dəstəyi Konsepsiyası çərçivəsində sənədləri tələblərə cavab verən 34 gündəlik, günaşırı və həftəlik qəzetə maliyyə yardımının ayrıldığını bildirib.
Fondun icraçı direktoru 2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı-faydalı əməkdaşlığın genişləndirilməsi, habelə jurnalistlərin maarifləndirilməsi məqsədilə regionlarda konfransların keçirildiyini diqqətə çatdırıb. Vüqar Səfərli ötən il Fondun beynəlxalq əlaqələrinin daha da genişləndiyini, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə jurnalistlərin xarici ölkələrə səfərlərinin təşkil olunduğunu vurğulayıb. Fondun redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyi göstərdiyini deyən Fondun icraçı direktoru ötən il keçirilmiş digər layihə və tədbirlər barədə də ətraflı məlumat verib.
Sonra hesabat ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının üzvlərindən Vüqar Əliyev, Vüqar Rəhimzadə, Rəşad Məcid, Əflatun Amaşov, Bəxtiyar Sadıqov və İntiqam Hümbətov çıxış edərək Fondun 2014-cü ildəki fəaliyyətini qənaətbəxş dəyərləndiriblər və hesabat yekdilliklə qəbul edilib.
İclasda ikinci məsələ kimi Fondun 2015-ci il üçün Tədbirlər Planı müzakirə olunub. 2015-ci ilin respublikamız üçün bir sıra əlamətdar hadisələrlə zəngin olacağını bildirən Fondun icraçı direktoru Vüqar Səfərli hazırlanmış Tədbirlər Planında bunların nəzərə alındığını vurğulayıb. Tədbirlər Planı Müşahidə Şurasının üzvləri tərəfindən müsbət dəyərləndirilərək təsdiq edilib.
Müşahidə Şurasında Fondun 2015-ci il üçün ekspertlərin siyahısı da müzakirə olunaraq təsdiq edilib.
Gündəliyə müvafiq olaraq iclasda, həmçinin, Fondun Novruz bayramı münasibətilə keçirəcəyi fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirə edilib. Müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyası çərçivəsində 15 istiqamət üzrə keçirilməsi qərara alınıb.
İclasda cari məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. İcraçı direktor Vüqar Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

