Ötən il Xətai rayonunda bütün sferalarda əldə olunmuş uğurlarla yadda qalıb
28.02.2015 [13:12]
2014-cü ildə Xətai rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Dünən 2014-cü ildə Xətai rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Toplantı iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Xətai rayonundakı abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar rayon İcra Hakimiyyətinin foyesində ötən il rayonda görülmüş işlərə dair diaqram, cədvəl və fotolardan ibarət stendlərə baxıblar.
Hesabat yığıncağında çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 2014-cü ildə görülən işlər və cari ildə qarşıda duran vəzifələr haqqında geniş nitq söyləyib. İcra başçısının sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş 10 yanvar 2015-ci il tarixli iclasında qeyd olunduğu kimi, keçən il ölkəmiz üçün uğurlu olub, qarşıya qoyulmuş bütün vəzifələr icra edilib. 2014-cü il ölkəmizin davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşüb. Razim Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində əldə olunmuş nailiyyətlər ölkəmizdə sosial sahələrə diqqət artırılmasına imkan verir.
Keçən il paytaxtın mərkəzi rayonlarından biri olan Xətai rayonunda da nəzərə çarpacaq müsbət dəyişikliklərin baş verdiyini bildirən İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayonda hamısı daimi olmaqla 4861 yeni iş yeri açılıb. Ümumiyyətlə, 2003-cü ilin oktyabrından indiyə kimi isə 38107 yeni iş yeri yaradılıb ki, bunun da 37901-i daimi iş yerləridir: “2014-cü ilin yekununda rayonumuzda 1 milyard 15 milyon 139,8 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İl ərzində istehlakçılara göndərilən sənaye məhsulunun həcmi isə sənaye məhsulu istehsalının 100,1 faizini təşkil etmişdir. İqtisadiyyatın başqa sahələrində olduğu kimi, istehlak bazarında da müsbət nəticələr əldə olunmuş, hesabat ilində əvvəlki ilin eyni dövründəkindən 25,3 faiz çox geniş çeşidli istehlak malları satılmış və 1,9 faiz çox pullu xidmətlər göstərilmişdir”.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün mənbələr hesabına 324 milyon 659,7 min manat məbləğində investisiyadan istifadə olunduğunu xatırladan R.Məmmədovun sözlərinə görə, 115 milyon 363,6 min manatlıq əsas fondlar istifadəyə verilib, tikinti-quraşdırma işlərinin həcmi 45,8 faiz çoxalaraq 222 milyon 843,5 min manat olub. Podratçı təşkilatların gördükləri işlərin həcmi (yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi) 4,4 faiz artaraq 1 milyard 302 milyon 575,9 min manata çatıb. Həmçinin, əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidməti 2,1 faiz, nəqliyyat xidməti isə 14,6 faiz artıb.
Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsi, dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Respublikamızın hər yerində olduğu kimi, Xətai rayonunda da sahibkarlığın dəstəklənməsi və inkişafı başlıca məqsədlərdən biridir. Bu sahədə 2014-cü il də Xətai rayonu üçün uğurlu il olub.
Yığıncaqda daha sonra vurğulanıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün, uzaqgörən, uğurlu sosial-iqtisadi siyasətin və uğurla icra olunan layihələrin real nəticəsidir ki, Bakı şəhəri və eləcə də respublikamızın regionları inkişaf edərək son illərdə öz simasını tam dəyişib. Bu dəyişiklik Xətai rayonunda da əhəmiyyətli dərəcədə olub və inkişaf prosesi bu gün də uğurla davam edir: “İl ərzində aparılan abadlaşma və yenidənqurma işlərinin həcmi artmış, Bakı Ağ şəhər layihəsinin inşaası sürətlə aparılmış, Boks Federasiyası İdman Kompleksinin tikintisi davam etdirilmiş, Fransız məktəbinin tikintisi başa çatdırılmış, Yeni Ağ şəhər Bulvar kompleksində işlər sürətləndirilmiş, Nobel prospektində yeraltı keçidin və Xəqani Rüstəmov küçəsinin Babək prospekti ilə birləşdirilməsi məqsədi ilə yeni yolun tikintisinə başlanmışdır. Rayon İcra Hakimiyyətinin İnzibati binasının əsaslı təmiri başa çatmış, rayon Polis İdarəsi 35-ci Polis bölməsinin, rayon Mühafizə İdarəsinin və 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin yeni inzibati binalarının tikintisi başa çatdırılmış, digər SİƏD üzrə nümayəndəliklərin və bir Seçki Dairəsinin inzibati binalarında isə son tamamlanma işləri aparılır. Y.Səfərov küçəsindəki park-xiyabanın yenidən qurulması, burada fantanlar və şəlalələr kompleksinin tikintisində işlər davam etdirilmişdir. Abadlaşdırma layihələri çərçivəsində Neapol dairəsində şəhidlərin abidə-kompleksi yenidən qurulmuş, Nobel prospekti, F.Bayramov və A.Cəlilov küçələri boyunca yaşayış binalarının fasadlarının üzlənməsi davam etdirilmiş, binaların işıqlandırma işləri başa çatdırılmışdır. Rayon ərazisindəki yaşayış binalarının fasadlarının əsaslı təmiri ilə əlaqədar yeni bir layihənin icrası təmin olunmuşdur. Bu layihənin həyata keçirilməsi nəticəsində Zığ yolu, Qədir Məmmədov və Cavanşir küçələrində 14 binanın fasadları yenidən qurularaq müasirləşdirilir. Sosial obyektlərin tikintisi də diqqətdə olmuş və ehtiyac olduğundan yeni uşaq bağçalarının tikintisinə start verilmişdir”.
Hesabat məruzəsində, həmçinin, ötən ildə Xətai rayonunda mədəni, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə əldə olunmuş nailiyyətlər diqqətə çatdırılıb, 2014-cü il rayon üçün uğurlu il kimi xarakterizə olunub.
Yığıncaqda hesabat məruzəsi ətrafında çıxışlar olub, 2014-cü ildə görülmüş işlər yüksək qiymətləndirilib.
Daha sonra tədbirdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev çıxış edərək 2014-cü ildə Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində qazanılmış böyük nailiyyətlər barədə məlumat verib, həmçinin, Xətai rayonunda görülən işləri müsbət qiymətləndiriblər.
Tədbirin sonunda yığıncağın qərarı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
AQŞİN
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20

