“Leyla Sayadova adlı şəxsin Xocalı rayonuna heç bir aidiyyəti yoxdur”
19.03.2015 [10:09]
Vahid Əliyev: Bu məsələni araşdırmaq istəyənlər həm Xocalı şəhər İcra Nümayəndəliyinə, həm də Xocalı rayon Polis İdarəsi Pasport-Qeydiyyat Şöbəsinə müraciət edə bilərlər
Sirr deyil ki, Azərbaycanın dinamik inkişafından, bütün sahələrdə əldə edilən çoxsaylı nailiyyətlərdən, o cümlədən, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsindən narahatlıq keçirən radikal müxalifət anti-Azərbaycan dairələrin ölkəmizə qarşı apardığı “qara piar” kampaniyasında aktiv iştirak etməyə çalışır. Xüsusilə də, bu düşərgənin nəzarətində olan mətbu orqanlar dezinformasiya xarakterli məlumatlar yaymaqla həyata keçirilən uğurlu siyasət sayəsində əldə edilən nailiyyətlərə kölgə salmağa cəhd göstərirlər. Bu istiqamətdə bütün vasitələrdən istifadə edən sözügedən mətbuat orqanları ictimaiyyəti manipulyasiyaya məruz qoyur, yalan və böhtan xarakterli məlumatlarla süni gündəm formalaşdırmağa çalışırlar. Əlləri hər şeydən üzülən “beşinci kolon” qismində çıxış edən bu qəbildən olan mətbuat orqanları indi də dövlətin qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğısını şübhə altına almağa yönələn yazılar dərc edirlər. Belə ki, onlar guya Xocalı sakini olduğunu iddia edən Leyla Sayadova adlı şəxsin həqiqətdən uzaq fikirlərini heç bir araşdırma və diqəqləşdirmə aparmadan dərc ediblər. L.Sayadova idda edib ki, guya o, Xocalı sakinidir, hətta 1992-ci ildə ermənilər tərəfindən girov götürülüb və s.
Lakin, məsələ ilə bağlı müraciət etdiyimiz Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev bildirib ki, Xocalı rayon qeydiyyatında Leyla Sayadova adlı vətəndaş yoxdur: “Bunu dəqiqləşdirmək üçün həm Xocalı şəhər İcra Nümayəndəliyinə, həm də Xocalı rayon Polis İdarəsi Pasport-Qeydiyyat Şöbəsinə müraciət etməyiniz kifayətdir. Bu adda Xocalı sakini yoxdur. Bu şəxs Xocalı rayon qeydiyyatında deyil. Sadəcə olaraq, başqa məsələlərdə olduğu kimi, bu da əhalini çaşdırmaq məqsədi ilə yayılan növbəti bir dezinformasiyadır. Əgər bizə inanmırlarsa, zəhmət çəkib vətəndaşın sənədini üzə çıxarsınlar, araşdırsınlar, o zaman görəcəklər ki, bizim dediklərimiz həqiqətdir”.
V.Əliyev, həmçinin, bildirib ki, adı çəkilən Leyla Sayadovanın nə Xocalıya aidiyyəti var, nə də o, ümumiyyətlə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda soyqırım törədilərkən bu rayonda olub: “Tərəfimizdən indiyə kimi Xocalı soyqırımı zamanı ermənilər tərəfindən əsir götürülən şəxslərin sayları və adları hamısı dəqiqləşdirilib. Həmin hadisələrdə 1275 nəfər ermənilər tərəfindən əsir götürülüb. Həmin 1275 nəfərin içində isə ümumiyyətlə, Leyla Sayadova adlı bir şəxs olmayıb. Və eyni zamanda, Leyla Sayadova iddia edir ki, 1 il 6 ay müddətində ermənilərin girovluğunda qalıb. Bu da ağ yalandan başqa bir şey deyil. Çünki Xocalı hadisələri zamanı erməni girovluğundan ən gec azad olunan iki girov 6 ay sonra girovluqdan azad olunub, bunların da hər ikisi kişidir. Bildirmək istəyirəm ki, həmin şəxsin iddiaları həqiqətə uyğun deyil və siyasi məqsədlər daşıyır”.
Belə hallarla dəfələrlə rastlaşdığını deyən V.Əliyev bildirib ki, bu cür iddiaları araşdırdıqları zaman məlum olub ki, Xocalıdan olduqlarını iddia edən şəxslərin çoxusu heç Xocalının harda yerləşdiyini belə bilmir: “İndi bu vətəndaş da iddia edir ki, anamın yanına getmişdim, qonaq getmişdik, və.s. Siz bu şəxsi araşdırsanız görəcəksiniz ki, bu şəxs də heç Xocalının harda yerləşdiyini bilmir”.
Beləliklə, radikal müxalifət düşərgəsi və onun ruporu rolunu oynayan bəzi KİV-lərin daha bir yalanının üstü açılıb. Göründüyü kimi, Xocalıya heç aidiyyəti olmayan bir şəxs ətrafında süni gündəm yaratmağa çalışan dağıdıcı müxalifət təmsilçiləri bununla, guya, dövlətin məcburi köçkünlərə qayğı göstərmədiyi təəssüratı yaratmaq niyyəti güdsələr də, bunda heç bir uğur qazana bilmirlər. Çünki əlahəzrət faktı inkar etmək mümkün deyil. Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan dövləti Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı torpaqlarımızın işğal olunması nəticəsində məcburi köçkünə çevrilən hər bir vətəndaşının qayğısına qalır, ona xüsusi diqqət göstərir. Bunu görmək istəməyən radikal müxalifət isə yalan danışmaqla və ictimai fikri çaşdırmağa çalışmaqla məşğuldur. Ancaq necə deyərlər: elin gözü tərəzidir... O, kimin haqlı, kimin haqsız olduğunu çox gözəl bilir...
Oktay
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41

