/ / Bakı Dövlət Universitetində ötən il yerinə yetirilmiş elmi-tədqiqat işləri barədə hesabat dinlənilib
Bakı Dövlət Universitetində ötən il yerinə yetirilmiş elmi-tədqiqat işləri barədə hesabat dinlənilib
09.04.2015 [10:09]
Aprelin 8-də Bakı Dövlət Universitetində (BDU) elmi şuranın növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin deputatları, ali məktəblərin rektorları, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvləri, tanınmış alimlər iştirak ediblər.
Tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə edilməsinin vacib məsələlərdən olduğunu bildirib, universitetin ötən il qazandığı uğurlardan söhbət açıb. Rektor, həmçinin elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən Prezident İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb, bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini, Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib. Qeyd edilib ki, dövlət tərəfindən göstərilən qayğı, elm və təhsilin əlaqələndirilməsi, innovasiyaların tətbiqi və aparılan islahatlar nəticəsində 2014-cü ildə də BDU “QS World University Rankings” reytinqinə görə dünyanın 700 top universitetinin, Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın ən yaxşı 2000 universitetinin, Avropa İttifaqının U-Multirank, həmçinin MDB-yə üzv ölkələrin universitetləri üzrə reytinq siyahısına daxil edilib. MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən BDU 40-cı pillədə qərarlaşıb.
Sonra BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin 2014-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri barədə hesabat məruzəsi dinlənilib. Məruzədə BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından danışılıb.
A.Kazımzadə qeyd edib ki, BDU-nun 17 fakültəsinin 127 kafedrasında, iki elmi-tədqiqat institutunda, üç elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır. Ümumiyyətlə, 2014-cü ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 197 mövzu üzrə 1071 elmi iş yerinə yetirilib.
Hesabat ilində universitetdə fəaliyyət göstərən dissertasiya şuralarında 113 nəfər ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya (onlardan 61 nəfəri BDU-nun əməkdaşı, doktorantı və dissertantıdır) müdafiə edib. BDU-nun əməkdaşları, doktorantı və dissertantları tərəfindən müxtəlif ixtisaslar üzrə 13 elmlər doktoru və 89 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Müəllimlər və əməkdaşlar tərəfindən isə 59 monoqrafiya, 74 kitab, 81 dərslik, 127 dərs vəsaiti, 2567 məqalə, o cümlədən 1952 məqalə respublikada, 615 məqalə xaricdə, 1321 tezis, o cümlədən 721 tezis respublikada, 600 tezis xaricdə, 28 metodik göstəriş, 404 proqram nəşr etdirilib. Cari ildə universitet alimləri 25 doktorluq və 169 fəlsəfə doktoru dissertasiyası işinə opponentlik edib, 17 doktorluq və 109 fəlsəfə doktoru dissertasiya işinə aparıcı təşkilat olaraq rəy verilib.
Xaricdə nəşr olunmuş 615 məqalədən 138-i Tomson Reuter, Scopus və digər beynəlxalq agentliklər tərəfindən indekslənən impakt faktorlu jurnallarda nəşr olunub. Əməkdaşlar tərəfindən 14, o cümlədən BDU-nun sahibliyi ilə 8 patent alınıb.
A.Kazımzadə 2014-cü ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları barədə də məlumat verib.
Hesabat ilində universitetin əməkdaşları tərəfindən 45 beynəlxalq və 41 respublika daxili elmi layihələr həyata keçirilib.
BDU-nun elmi kitabxanası hər il olduğu kimi ötən ildə də ali məktəbin tədris-tərbiyə prosesini və elmi-tədqiqat işini ədəbiyyat və informasiya ilə təmin edən aparıcı struktur bölməsi kimi fəaliyyətini davam etdirib. Təhsil Nazirliyinin əmrinə əsasən al məktəb kitabxanaları üzrə elmi-metodiki mərkəz kimi fəaliyyət göstərən Elmi kitabxana 22 dövlət və bəzi özəl ali məktəb kitabxanalarına metodiki kömək göstərir, 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparır. Universitetin nəşriyyatında çoxlu sayda monoqrafiyalar, dərslik və dərs vəsaitləri hazırlanıb.
BDU-da dörd seriyada “Bakı Universitetinin Xəbərləri” jurnalı və digər 14 elmi, nəzəri, metodik və təcrübi jurnallar, o cümlədən impakt faktorlu “Applied and computational mathematics” jurnalı fəaliyyətini davam etdirib.
Universitetin nəzdindəki “Gənc istedadlar” liseyinin fəaliyyəti barədə məlumat verən professor diqqətə çatdırıb ki, beş buraxılış üzrə liseyi 179 şagird bitirib və onlar nüfuzlu ali məktəblərə daxil olublar. Şagirdlər, eyni zamanda, müxtəlif respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə qalib gəliblər.
BDU-nun müəllim və əməkdaşlarının, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə rektorun müvafiq əmrinə əsasən universitetdaxili “50+50” qrant proqramı təsis edilib. Müvafiq komissiyanın qərarı və rektorun əmri ilə 16 müəllim, 14 gənc müəllim, 10 doktorant, dissertant və magistrant, altı tələbə 2014-cü ildə beşinci müsabiqənin qalibi elan edilib və onlara universitetin xüsusi vəsaiti hesabına qrant verilib.
Bu ali məktəbdə 30 min manat dəyərində təsərrüfat hesablı elmi-tədqiqat işləri də aparılır.
BDU beynəlxalq əlaqələrin genişlənməsi və inkişafına da mühüm yer ayırır. Hesabat ilində respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 36 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqavilələri imzalanıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21

