Ədliyyə Akademiyasında “ASAN xidmət” mərkəzləri əməkdaşları üçün ixtisasartırma kursu keçirilib
10.04.2015 [10:02]
Respublikamızda ümumbəşəri sosial bəla olan korrupsiyanın qarşısının alınmasına xüsusi önəm verilərək, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə bu sahədə ciddi mübarizə aparılır, vətəndaş məmnunluğuna yönələn şəffaf və elektron xidmətlərin tətbiqi daha da genişləndirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış və ölkəmizin brendi sayılan, ədliyyə orqanlarının da müxtəlif mühüm xidmətlər göstərdiyi “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə təqdir olunur və bu təcrübə Azərbaycan modeli kimi böyük maraq doğurur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində kadrların bilik və bacarıqlarının, peşəkarlığının yüksəldilməsi, etik qaydalara dönmədən əməl olunması, ixtisaslarının artırılması daim diqqətdə saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ədliyyə Akademiyası arasında səmərəli əlaqələr qurularaq hüquqşünaslar ixtisasartırma kurslarına cəlb olunurlar.
Bu günlərdə “ASAN xidmət” mərkəzlərində ali hüquq təhsili tələb edən vəzifələrdə qulluq keçən 30 nəfər dövlət qulluqçusu peşə və ixtisas üzrə biliklərinin artırılması məqsədilə Ədliyyə Akademiyasında ixtisasartırma kursu keçiblər. Kursun proqramına uyğun olaraq xidmət əməkdaşlarına qanunvericiliyə və təcrübi əhəmiyyət kəsb edən aktual məsələlərə dair mövzular tədris olunub, korrupsiyaya qarşı mübarizə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının xüsusiyyətləri, notariat hərəkətlərinin aparılmasının əsas qaydaları, notariat təcrübəsində əqdlərin təsdiq edilməsinin ümumi şərtləri, əmək müqaviləsi: bağlanması, dəyişdirilməsi və xitam olunması əsasları və digər mövzulara xüsusi diqqət yetirilib.
Hüquqşünaslar bu bilgilərin onların peşəkarlıqlarının artırılmasına və vətəndaşların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edəcəyini bildiriblər.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Tədris tədbirləri silsilə xarakter daşıyır.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

