“Prezidentdən məşəl estafetini alarkən unudulmaz anlar yaşadım”
29.04.2015 [10:24]
Rəfiqə Şabanova: Gün gələcək, biz idmançılara, Yay Olimpiya Oyunlarının məşəl estafetinə çıxmaq da nəsib olacaq
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda, qədim “Atəşgah” məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimi keçirilib. Təntənəli mərasimdə Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Prezidentin ailə üzvləri, eləcə də, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də iştirak ediblər. Məşəli alovlandıran dövlət başçısı - belə mötəbər tədbirlərdə bir növ ənənə olduğu üçün - onun bütün ölkə ərazisinə səyahətinə də start vermiş oldu. Prezident İlham Əliyevin alovlandırdığı məşəl estafetini qəbul edən, bununla da Avropa Oyunları tarixinə ilk məşəlçi kimi düşən, respublikamızın tanınmış idmançısı, 1976-cı ildə Kanadanın Monreal şəhərində keçirilmiş XXI Yay Olimpiya Oyunlarının çempionu Rəfiqə Şabanova əməkdaşımızla söhbətində həmin unudulmaz anlar barədə fikirlərini bölüşüb.
- Rəfiqə xanım, Prezident İlham Əliyevdən məşəl estafetini alarkən hansı hissləri keçirirdiniz?
- Əvvəla, onu deyim ki, ölkəmizdə yetərli sayda tanınmış idmançılarımız, Olimpiya Oyunları çempionları, Dünya və Avropa, eləcə də, müxtəlif beynəlxalq turnirlərin qalibləri var. Amma ilk məşəlçi kimi məhz mənim namizədliyimin seçilməsi, düzü həm təəccüblü, həm də sevindirici oldu. Mərasimdən öncə bu xəbəri eşidəndə çox sevindim, həm də qürurlandım. Çünki bu tarixdir, ölkəmizin, Avropa Olimpiya hərəkatının tarixinə “qızıl hərf”lərlə yazılacaq bir tarixdir. Və mən də bu tarixin bir parçası olduğum üçün çox sevinirdim. Bilirsiniz ki, mən dəfələrlə Olimpiya Oyunlarında həm idmançı kimi, həm də məşqçi, son illərdə isə Azərbaycan milli nümayəndə heyətinin üzvü kimi iştirak etmişəm. Amma, üç gün əvvəl yaşadığım hisslər tamam başqa idi.
Odur ki, Prezidentimizdən məşəl estafetini alarkən çox həyəcanlı idim. Düşünürdüm ki, məşəli heç 10 metrədək uzağa apara bilməyəcəm. Şükürlər olsun ki, məşəli mənimçün ayrılmış məsafəyədək apara bildim (gülür). Eyni zamanda, Vətənimin adına qürur duyurdum. Avropa qitəsində ilk dəfə keçirilən belə mötəbər bir yarışın Vətənimizdə keçirilməsinə sevindim. Bu həyəcanlı anları bizə yaşadan Prezident İlham Əliyevə, Onun xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Bilirsiniz, o anlar gözlərimdən axan yaş damcılarını saxlaya bilmirdim. Düşünürdüm ki, gün gələcək, biz idmançılara, Yay Olimpiya Oyunlarının məşəl estafetinə çıxmaq da nəsib olacaq.
- Siz həm də Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin üzvüsünüz, proseslərə bir qədər yaxınsınız. Azərbaycanın ilk Avropa Oyunlarına hazırlığını necə qiymətləndirirsiniz?
- Bu proseslərdə yaxından iştirak etdiyimə görə, əminliklə deyə bilərəm ki, “Bakı - 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük işlər görülüb. Oyunlara hazırlıq işləri demək olar ki, tam başa çatdırılıb. Çox qısa bir müddətdə - Olimpiya Oyunları tarixində indiyədək görünməmiş bir vaxtda, yeni idman qurğuları tikilərək istifadəyə verilib, əvvəlki idman saraylarımız yenidən təmir olunub. Yeni infrastrukturlar yaradılıb, paytaxtda xeyli yeni müasir yollar, parklar tikilərək istifadəyə verilib. Son bir ildə Bakı demək olar ki, dünyanın ən gərgin və qızğın inşaat işlərinin aparıldığı bir məkana çevrilib. Bütün bunlar Azərbaycanın birinci Avropa Oyunlarına necə ciddi əhəmiyyət verməsindən xəbər verir. Məhz bunun nəticəsidir ki, hazırda təkcə paytaxtda deyil, ölkəmizin hər bir yerində bir Olimpiya həyəcanı yaşanmaqdadır. Odur ki, əminliklə söyləyə bilirəm ki, Azərbaycan birinci Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi bacaracaq.
Bildiyiniz kimi, paytaxtda alovlandırılan birinci Avropa Oyunlarının məşəli ölkə ərazisinə səyahət çərçivəsində Naxçıvana yola salındı. Aprelin 27-də Naxçıvanda məşəlin qarşılanması mərasimi keçirildi. Bizi hava limanında böyük təntənə və coşğu ilə qarşıladılar. Orada məşəl estafetini yerli idmançılara təhvil verdim. Şəhərdə demək olar ki, bir idman bayramı yaşanırdı. Yaşından asılı olmayaraq hər kəs küçə və meydanlara axışırdılar. Hətta iştirakçılar arasında ahıl yaşlı insanlar da var idi. Oyunların başlamasına təqribən ay yarım vaxt qalsa da insanlarımız indidən onu hiss etməkdədirlər. Bax budur əsl Olimpiya həyəcanı, bax budur təşkilatçılıq. Düşünürəm ki, biz Oyunları çox yüksək səviyyədə təşkil edə biləcəyik. Həm Avropa Olimpiya Komitəsinin rəhbərliyi, həm də ilk Avropa Oyunlarını izləmək üçün ölkəmizə gələn qonaqlar Azərbaycanın belə yüksək səviyyəli beynəlxalq tədbirləri keçirmək bacarığına heyran qalacaqlar. Oyunlar uzun müddət seyrçilərin yaddaşlarından silinməyəcək.
- Rəfiqə xanım, bir Olimpiya çempionu kimi, birinci Avropa Oyunlarında idmançılarımıza nə kimi arzularınız var?
- Arzu edərdim ki, birinci Avropa Oyunlarında iştirak edəcək bütün idmançılarımız qələbə qazansınlar. Çünki əvvəla, Oyunlar Bakıda keçirildiyi üçün bizim doğma divarlar arasında keçirilən yarışlarda qələbə qazanmaq şansımız çox yüksəkdir. Əslində, buna potensial imkanlarımız da var - bizdə çoxlu gənc və perspektivli idmançılar var. Digər tərəfdən də, bu, bir ilk olduğu üçün tarixdə qalacaq, daim xatırlanacaq. Odur ki, idmançılarımıza qarşıdakı yarışlarda uğurlar və çoxlu medallar qazanmağı arzulayıram. İlk Avropa Oyunlarını keçirməklə tarix yazdığımız kimi, həm də idmançılarımızın yarışlarda qazanacaqları medalların sayına görə də tarix yazmış olaq.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15

