Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda seminar keçirilib
07.05.2015 [10:07]
Mayın 6-da Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin irsinin, dövlətçilik fəlsəfəsinin tədqiqi və geniş təbliği məqsədilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda növbəti elmi-praktik seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində təşkil olunan tədbirdə ictimai-siyasi xadimlər, respublika üzrə Heydər Əliyev mərkəzləri, ali təhsil müəssisələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Mərkəzin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva bildirib ki, Mərkəz fəaliyyətə başladığı gündən Ulu öndərin həyat və fəaliyyətini, onun zəngin siyasi irsini tədqiq etmək, azərbaycançılıq fəlsəfəsini, dövlətçilik ideologiyasını mənimsəmək və təbliğ etmək məqsədilə bir çox işlər aparır. Bununla yanaşı, bu qurum tərəfindən Azərbaycan ədəbiyyatını, mədəniyyətini, tarixini xarici ölkələrdə təmsil və təbliğ etmək, Azərbaycan ictimaiyyətini xarici ölkələrin incəsənət nümunələri ilə tanış etmək məqsədilə bir çox layihələr həyata keçirilir. Bu səbəbdən də Heydər Əliyev Mərkəzi qısa vaxtda həm respublikamızda, həm də xarici ölkələrdə böyük şöhrət qazanıb. Həyata keçirilən layihələrin əksəriyyəti Ulu öndərin adı ilə bağlıdır.
Seminarda Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvi Nizami Cəfərov Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.
Alim vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin milli dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edir. Bu müdrik şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən son dövrlərədək apardığı dil siyasətində hər hansı bir tərəddüdə, yaxud təsadüfə nə nəzəri, nə də təcrübi olaraq rast gəlinmir.
N.Cəfərov Ulu öndər Heydər Əliyevin müstəqillik illərində Azərbaycan dilinin inkişafı, tədrisi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi istiqamətində atdığı addımlardan da bəhs edib.
Qeyd edək ki, Heydər Əliyev irsinin öyrənilməsi üzrə seminarlar Heydər Əliyev Mərkəzində mütəmadi təşkil edilir. Layihə çərçivəsində ölkənin tanınmış elm adamları Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyur, çıxışlar ətrafında interaktiv müzakirələr aparılır.
Xəbər lenti
Hamısına baxDünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38

