Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gənclər ilk Avropa Oyunlarının Bakıda keçirilməsini ölkəmizin böyük uğuru sayırlar

Gənclər ilk Avropa Oyunlarının Bakıda keçirilməsini ölkəmizin böyük uğuru sayırlar

09.05.2015 [12:55]

Avropa Oyunları öz əhəmiyyəti və miqyasına görə Olimpiya Oyunlarına bərabərdir və qlobal xarakter daşıyır. Bu mötəbər tədbirin Bakıda keçirilməsi isə Avropa ailəsinin Azərbaycana böyük etimadının açıq göstəricisidir. Ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, eləcə də, idmançılarımızın beynəlxalq yarışlarda uğurlu iştirakı Avropa Oyunlarının Azərbaycanda təşkil olunmasını şərtləndirən başlıca faktorlardır.
Əlbəttə ki, ilk Avropa Oyunlarına qalan vaxt azaldıqca ölkə ictimaiyyətinin yarışlarla bağlı həyacanı da artmaqdadır. Xüsusilə, gənclərimiz gələn ay paytaxtımızın ev sahibliyi edəcəyi Avropa Oyunlarını böyük səbirsizliklə gözləyirlər. YAP Gənclər Birliyinin fəal üzvü Gülnarə Rəhimova deyib ki, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi idmanın kütləviliyinə nail olmaqla yanaşı, eyni zamanda, bədən tərbiyəsi və idmanın geniş coğrafi məkanda inkişaf və təbliğ etdirilməsinə də mühüm təsir göstərəcək: “Ölkəmiz istər idmanı, istərsə də incəsənəti ilə hər zaman öndə olub. Müasir Azərbaycan gənci olaraq düşünürəm ki, “Bakı-2015” ilk Avropa Oyunları bizi dünyaya idmansevər bir ölkə kimi tanıdacaqdır. Düşünürəm ki, bu mötəbər tədbirin Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının nəticəsidir”.
“Ölkəmiz qısa bir zaman ərzində istər mədəni, istər siyasi, istərsə də iqtisadi cəhətdən güclü bir dövlətə çevrilib. Azərbaycan artıq güclü bir dövlətdir. Bu danılmaz, eyni zamanda, qürurverici fakt artıq dünyada da qəbul olunmuşdur”. Bunu isə qəzetimizə müsahibəsində fəal gənc Xalid Ağayev bildirib. O, açıqlamasına davam edərək deyib: “Ölkəmiz qısa bir zaman ərzində istər mədəni, istər siyasi, istərsə də iqtisadi cəhətdən güclü bir dövlətə çevrilib. Birinci Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar bunun bir daha bariz nümunəsidir. Ümummilli lider Heydər Əliyevin idmanın inkişafına diqqət və qayğısı bu sahənin yüksək səviyyədə inkişafına gətirib çıxartdı. Ulu öndər ənənələrinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də idman sahəsinə eyni diqqətlə yanaşmaqdadır. Mən inanıram ki, birinci Avropa Oyunlarında idmançılarımız öz parlaq qələbələri ilə bizi sevindirəcək və üçrəngli bayrağımızın bayraqlar arasında ən uca zirvədə dalğalanması hər birimiz üçün qürurverici bir mənzərə olacaqdır”.

Paylaş:
Baxılıb: 675 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30