Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda keçirilən müsabiqənin nəticələri açıqlanıb

“Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda keçirilən müsabiqənin nəticələri açıqlanıb

11.06.2015 [09:28]

Kütləvi informasiya vasitələri üçün “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda elan edilən müsabiqənin nəticələri açıqlanıb. Bu münasibətlə dünən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) tədbir keçirilib. Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq keçirilən müsabiqəyə həm televiziyalar, həm də qəzet və xəbər portalları böyük maraq nümayiş etdiriblər.
Müsabiqəyə 1 aprel 2015-ci il tarixindən 15 may 2015-ci il tarixinə kimi Azərbaycan Respublikasının sığorta-pensiya sistemi, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması, sosial sığortanın mahiyyət etibarı ilə vergidən üstün olması, fərdi uçot sistemi və onun rolu, DSMF tərəfindən qeyd edilən sahələrdə həyata keçirilən işlərlə bağlı qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunub.
Müsabiqənin nəticələrinə görə, “Ən yaxşı məqalələr” və “Ən yaxşı telesüjetlər” nominasiyasının hər biri üzrə muvafiq olaraq 1 nəfər 1-ci yer, 2 nəfər 2-ci yer və 3 nəfər 3-cü yeri tutub. Qeyd edək ki, “Ən yaxşı məqalələr” nominasiyası üzrə birinci yerə qəzetimizin əməkdaşı layiq görülüb.
Eyni zamanda, 15 KİV təmsilçisi “Ən yaxşı məqalələr” nominasiyası üzrə fərqləndiklərinə görə diplom və həvəsləndirici mükafata layiq görülüblər.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək, onlara diplomlar təqdim edib. Fondun sığorta-pensiya sahəsində görülən işlərlə bağlı əhalinin maarifləndirilməsinə xüsusi önəm verdiyini vurğulayan E.Mehdiyev, bu işdə fəal iştirak edən media nümayəndələrinə təşəkkürünü bildirib və kütləvi informasiya vasitələri ilə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.

 
Paylaş:
Baxılıb: 693 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30