Şahbuz Şəhər Uşaq Bağçasının yeni binası istifadəyə verilib
26.06.2015 [10:23]
Bu gün Naxçıvan Muxtar Respublikasında gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinə, fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə xüsusi diqqət yetirilir. Son illər aparılan quruculuq işləri məktəbəqədər tərbiyə müəssisələrini də əhatə edib. Artıq muxtar respublikada yerləşən uşaq bağçaları müasir binalarda fəaliyyət göstərir. Şahbuz Şəhər Uşaq Bağçası üçün də yeni bina inşa olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 25-də Şahbuz Şəhər Uşaq Bağçasının yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Tədbirdə valideyn İntizar Məmmədova çıxış edərək deyib ki, muxtar respublikada aparılan abadlıq-quruculuq tədbirləri Şahbuz rayonunu da əhatə edib. Həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin əsasını təhsil ocaqlarının, məktəbəqədər tərbiyə müəssisələrinin tikintisinin təşkil etməsi ölkəmizdə gələcəyimiz olan uşaqlara göstərilən qayğıdan xəbər verir. Şahbuz şəhərində bu cür yaraşıqlı və hərtərəfli şəraiti olan uşaq bağçasının istifadəyə verilməsi sakinlərin sevincinə səbəb olub. Çünki yaradılan bu şərait övladlarımızın düzgün tərbiyə almasına və sağlam böyüdülməsinə hesablanıb. İntizar Məmmədova göstərilən diqqət və qayğıya görə valideynlər adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Şəhər Uşaq Bağçasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, valideynləri və uşaqları təbrik edərək deyib: “Bu gün ölkəmizdə Ümummilli lider Heydər Əliyevin yolu uğurla davam etdirilir, bütün sahələrin inkişafına dövlət qayğısı göstərilir. Lakin uşaqlara və gənclərə göstərilən qayğı bu tədbirlər içərisində xüsusi yer tutur. Çünki uşaqlara qayğı gələcəyimizə göstərilən qayğıdır. Onların sağlam böyüməsi, yaxşı təhsil alması və əsl vətəndaş kimi yetişməsi ölkəmizin gələcəyinə xidmət edir. Bu gün Şahbuz Şəhər Uşaq Bağçasının istifadəyə verilməsi də bu tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Uşaqlara, onların təlim-tərbiyəsinə, təhsilinə qayğı bizim əsas borcumuzdur”. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, müasir uşaq bağçalarının istifadəyə verilməsi Ulu öndərin tövsiyələrinin yerinə yetirilməsinin daha bir ifadəsidir. Şahbuz Şəhər Uşaq Bağçası son illər muxtar respublikada istifadəyə verilən 17-ci məktəbəqədər təhsil müəssisəsidir. Burada 13 qrupda 242 uşaq təlim-tərbiyə alacaq, məktəbə hazırlıq kursları keçəcəklər. Bu da uşaqların gələcək məktəb illərində çətinlik çəkmədən təhsillərini davam etdirməsinə imkan verəcəkdir. Çünki uşaqların gələcəkdə məktəbdə yaxşı təhsil alması məktəbəqədər təhsilin düzgün təşkilindən asılıdır”.
Ali Məclisin Sədri deyib: “Uşaq bağçalarının yaradılması, onların fəaliyyətinin təmin olunması məktəbəqədər təhsilin düzgün təşkili ilə yanaşı, həm də ailələrə dəstəkdir. Valideynləri işləyən uşaqlar, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan ailələrdə böyüyən uşaqlar bağçada təlim-tərbiyə alır, onların məktəbəqədər tərbiyəsi düzgün təşkil olunur. Bu mənada bağçaların yaradılması və fəaliyyətinin təmin edilməsi həm də işləyən və xüsusi qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı kimi mühüm əhəmiyyət daşıyır. Ona görə də kollektiv uşaqların məktəbə hazırlığına, qidalanmasına və sağlamlığına xüsusi diqqət yetirməlidir”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin kollektiv tərəfindən uğurla yerinə yetiriləcəyinə əminliyi bildirib, açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, 4 mərtəbədən ibarət olan uşaq bağçasında yataq və soyunub-geyinmə otaqları, yemək və oyun zalları, valideynlər üçün gözləmə otağı, tədbirlər zalı, yeməkxana, bufet, metodist və tibb otaqları, dərzi, anbar və camaşırxana vardır. Burada uşaqların təlim-tərbiyəsi ilə 25 tərbiyəçi-müəllim məşğul olur.
Bina ilə tanışlıq zamanı Ali Məclisin Sədri valideynlərlə görüşüb.
Valideynlərdən Növrəstə Xudiyeva, Aysel Seyidova və Sədayə Vəliyeva sakinlər adından minnətdarlıq ediblər.
Növrəstə Xudiyeva deyib: “Bu gün müstəqil Azərbaycanın inkişafı hər bir sakini qürurlandırır. Bu inkişafın tərkib hissəsi kimi uşaqlara göstərilən qayğı isə valideynləri ikiqat sevindirir. Muxtar respublikada gələcəyimiz olan gənc nəsil dövlət qayğısı əhatəsindədir. Yeni bağçada uşaqların məktəbəqədər tərbiyəsi hərtərəfli təşkil olunacaqdır. Valideyn kimi bu qayğının müqabilində üzərimizə düşən məsuliyyəti dərk edirik. Çalışacağıq ki, xalqımıza, dövlətçiliyimizə sadiq layiqli vətəndaşlar yetişdirək”.
Tədbirlər zalında uşaqlar şeir və mahnılar söyləyib, rəqs ediblər.
Ali Məclisin Sədri metodiki vəsaitlərdən düzgün istifadə olunması, uşaqların sağlamlığına və qidalanmasına ciddi nəzarət olunması, təmizliyə, gigiyenik tələblərə lazımi şəkildə əməl edilməsi barədə tapşırıqlar verib.
Bağçanın ətrafında abadlıq işləri görülüb, həyətdə oyun meydançası yaradılıb.
* * *
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz şəhərində aparılan abadlıq işləri ilə də tanış olub.
Bildirilib ki, Şahbuz şəhərində uşaq bağçası inşa olunarkən bir sıra abadlıq işləri də görülüb, şəhərin küçələrinə yeni görkəm verilib, işıqlandırma sistemləri yenilənib. Bu işlər çərçivəsində şəhərdəki soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə də yenidən qurulub, ətrafı abadlaşdırılaraq park salınıb.
Şahbuz şəhərində Bayraq Meydanı inşa olunur
Dövlət atributlarına hörmət və ehtiram Ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. Bu gün müstəqil Azərbaycanın üçrəngli bayrağına ölkəmizdə və muxtar respublikada xüsusi ehtiramla yanaşılır. Bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Şahbuz şəhərində Bayraq Meydanı inşa olunur.
İyunun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bayraq Meydanının inşa olunacağı əraziyə baxıb.
Məlumat verilib ki, şəhərin girişində inşa olunacaq Bayraq Meydanının ətrafında geniş abadlıq işləri görülüb, səkilər salınıb, piyada keçidləri qoyulub. Ərazi terraslara ayrılıb, milli ornamentlərin əks olunduğu memarlıq elementləri ilə dizayn edilib. Bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 37 metr olacaq. Ətrafda müasir işıqlandırma sistemləri quraşdırılacaq, park salınacaq, sakinlərin mənalı istirahəti təşkil ediləcək.
Ali Məclisin Sədri tikinti işlərinin layihə əsasında aparılması, ərazidə geniş yaşıllıq işlərinin görülməsi, Bayraq Meydanının ətrafında istirahət parkının salınması və ictimai iaşə obyektinin tikilməsi barədə tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

