Azərbaycan biologiya və seleksiya elminin Cəlal Əliyev məktəbi
01.07.2015 [10:21]
Dünya şöhrətli alim, ictimai-siyasi xadim, ölkəmizdə biologiya və aqrar elminin görkəmli nümayəndəsi, akademik, Əməkdar elm xadimi, “Şərəf” ordenli akademik Cəlal Əliyevin 87 yaşı tamam olur.
Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı, bu sahənin inkişafında mühüm xidmətləri olan akademik C.Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) biologiya fakültələrini bitirib. Onlarla monoqrafiyanın, kitab və elmi məqalənin müəllifi olan alimin uğurlu elmi yaradıcılığının əhəmiyyətli hissəsi ölkəmizdə taxılçılığın inkişafına yönəlib. Akademikin fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. C.Əliyev elmi tədqiqatlarını 1951-ci ildən bu günədək Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası və 1971-ci ildən paralel olaraq AMEA-nın Botanika İnstitutunda yaratdığı məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbələrində aparır.
Əkinçilik İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan bu böyük alimin seleksiyaçı intuisiyası, dərin nəzəri bilikləri, innovativ ideyaları, gərgin və məqsədyönlü əməyi yeni intensiv tipli taxıl sortlarının yaradılması ilə nəticələnib. Yarım əsrdən artıqdır ki, akademik C.Əliyevin fəal elmi yaradıcılığı kənd təsərrüfatı bitkilərinin, başlıca olaraq buğdanın fotosintetik məhsuldarlığının nəzəri və təcrübi əsaslarının tədqiqinə həsr olunub. Akademikin fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. O, hələ ötən əsrin 70-ci illərindən başlayaraq buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparıb. Bununla da, akademik C.Əliyev tərəfindən Azərbaycanda biologiya sahəsinə tədqiqatları inkişaf etdirməklə molekulyar biologiyanın, gen biotexnologiyasının inkişafının əsası qoyulub. Onun rəhbərliyi altında aparılan molekulyar tədqiqatlar əsasında buğda bitkisinin genom kitabxanası yaradılıb, sintez olunan plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınıb. Bunun əsasında gen mühəndisliyindən istifadə edilməklə kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanıb.
Hələ ötən əsrin 80-ci illərinin əvvəllərində aparılan nəzəri və praktiki tədqiqatlar nəticəsində akademik C.Əliyevin hazırladığı “İdeal buğda” bitkisi modelinin testləri əsasında seleksiya materiallarının seçilməsi və qiymətli formalar yaradılması işi daha da sürətləndirilib. Bu model özündə fitosintetik fəaliyyətin göstəricilərinin və əlamətlərinin morfofizioloji və aqronomik xüsusiyyətlərinin, buğda genotiplərinin real və potensial imkanlarının xarici mühitin amilləri ilə birlikdə öyrənilməsini ehtiva edib və yüksək məhsuldarlığı təmin edən prinsiplər müəyyənləşdirilib. Bütün bunların nəticəsi olaraq həmin illərdə bir çox qiymətli buğda hibridləri yaradılıb, respublikamızın müxtəlif regionlarındakı bölgə-təcrübə stansiyalarında ekoloji sınaqlardan keçirilib və onların stabil, yüksək məhsuldar, keyfiyyətli formaları seçilərək Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim olunub.
Cəlal müəllimin elmi-tədqiqat işlərinə böyük marağı, elmi nəticələri təcrübə sahələrində əyani şəkildə görmək arzusu onu Əkinçilik İnstitutuna gətirib və tezliklə həmin institutun təkanverici qüvvəsinə çevirib. “İdeal” tipli sortların yaradılması, respublikamızda və onun hüdudlarından kənarda da rayonlaşdırılmış “Mirbəşir-50”, “Qaraqılçıq-2”, “Şiraslan-23”, “Tərtər-2”, “Vüqar” və başqa məhsuldar buğda sortları alimin çoxillik, intensiv fəaliyyətinin bəhrəsidir. Beynəlxalq mərkəzlərdən Azərbaycana gələn alimlər akademikin təqdim etdiyi “Qiymətli-2/17” yeni yumşaq buğda sortunu yüksək məhsuldarlığına (hər hektardan 10 ton), əla keyfiyyəti, güclü şaxtaya və xəstəliklərə davamlılığına görə “möcüzə” adlandırıblar. 2008-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində akademik Cəlal Əliyevin rəhbərliyi altında tərəvəz və paxlalı bitkiləri yoluxduran virus xəstəliklərinin molekulyar diaqnostikası və identifikasiyası üzrə tədqiqat işləri aparılır.
Görkəmli alim biologiya elmində böyük bir məktəb yaradıb, onun təşəbbüsü ilə 250-dən çox elmlər namizədi və elmlər doktoru hazırlanıb. Onların 80 nəfərinin elmi rəhbəri şəxsən C.Əliyev özü olub. Hazırda görkəmli alimin yetirmələri dünyanın bir sıra ölkələrində müvəffəqiyyətlə çalışırlar. Onun elmi fəaliyyətini dərindən öyrənən Rusiya, Ukrayna, Belarus Kənd Təsərrüfatı Elmləri akademiyaları C.Əliyevi fəxri üzv seçiblər.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18

