“Virtual həyat və milli-mənəvi dəyərlərimiz” mövzusunda Forum keçirilib
11.07.2015 [10:52]
Dünən Lider Qadınlar İctimai Birliyi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) birgə təşkilatçılığı ilə “Virtual həyat və milli-mənəvi dəyərlərimiz” mövzusunda İctimai Forum keçirilib.
Forumu giriş sözü ilə açan millət vəkili Məlahət İbrahimqızı bildirib ki, hər bir xalqın və millətin yaratmış olduğu milli-mənəvi dəyərlər onların milli özgürlüyünün və milli özünüdərkin inkişafına, həmçinin, qorunub saxlanmasına xidmət edən ən qiymətli sərvətdir: “Bu səbəbdən güclü milli-mənəvi dəyərlər kompleksi hər bir xalq və dövlət üçün strateji əhəmiyyətə malik olmaqla, milli təhlükəsizlik konsepsiyasının əsas komponentlərindən biri kimi qiymətləndirilir. Bu mənada xalqımızın uzunəsrlik tarixə malik milli-mənəvi dəyərləri ən çətin sınaqlardan keçərək nəsildən-nəslə ötürülmüş və zəngin miras kimi bizlərə çatdırılmışdır. Çox təəssüf ki, yaşadığımız üçüncü minillikdə elm və texnologiyaların yüksək inkişafı və bu sahədə qazanılan nailiyyətlər bir sıra hallarda milli-mənəvi dəyərlər və yetişməkdə olan nəslin tərbiyəsi üçün ciddi təhdidlər yaradır”.
Öz növbəsində, AJQA-nın prezidenti Sevil Yusifova tədbirin məqsəd və məramı haqda iştirakçılara məlumat verib. O bildirib ki, gənclərin təlim-tərbiyəsində milli dəyərlərin təbliği günümüzün ən ümdə məsələlərindən biridir. S.Yusifova beynəlxalq təcrübədən söhbət açıb və internetdən istifadə, sosial media etikasındakı on qaydanın Bibliyadan götürüldüyünü diqqətə çatdırıb.
O, Qərbdə sosial şəbəkələrin hüquqi tənzimlənməsi və “cəza” metodlarının nədən ibarət olduğunu izah edib. S.Yusifova ictimai xadimlərin, QHT nümayəndələrinin bu məsələdə həssas olmalarını təqdirəlayıq hesab etdiyini bildirib.
Millət vəkilləri Sahibə Qafarova, Sevinc Fətəliyeva, Jalə Məmmədova, Qənirə Paşayeva, həmçinin, TUMİB sədri Çingiz Bayramov virtual məkanda olan bəzi saytların milli mənəvi dəyərlərimizə zidd olması ilə bərabər, həm də gənc nəslin tərbiyəsində də bir çox problemlər yaratdığını bildiriblər. Çıxışçılar bu sahədə bəzi problemlərin həllində ictimai fikrin böyük əhəmiyyətə malik olmasını vurğulayıblar.
Forum adından müvafiq qurumlara müraciət ünvanlanıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

