Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ARGTMŞ Azərbaycanı Rusiyada keçirilən 5-ci beynəlxalq gənclər düşərgəsində təmsil edib

ARGTMŞ Azərbaycanı Rusiyada keçirilən 5-ci beynəlxalq gənclər düşərgəsində təmsil edib

14.07.2015 [09:52]

Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Kaluqa vilayətində keçirilən “Gənclərin Birlik Günü” adlı 5-ci beynəlxalq gənclər düşərgəsində iştirak edib. “Sodrujestvo” beynəlxalq gənclər təşkilatı tərəfindən həyata keçirilən tədbirdə Azərbaycan nümayəndə heyəti tərkibində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədr müavini və “Sodrujestvo” təşkilatının Nəzarət Təftiş Komissiyasının üzvü Ramiz Əliyev, ARGTMŞ-nin mətbuat katibi Xədicə Damadayeva, eləcə də, “Sodrujestvo” təşkilatının idarə heyətinin üzvü Xaqani Fərəcov yer alıblar. Beynəlxalq tədbirdə Azərbaycanla yanaşı Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Estoniya, Türkmənistan, Çin, Ermənistanı təmsil edən 100-dən çox gənc fəal iştirak edib.
Tədbir çərçivəsində bloqçuluq, sosial şəbəkələrdə informasiya mübarizəsi və informasiya təhlükəsizliyi mövzusunda təlimlər, master klasslar, seminarlar keçirilib və işçi qruplar təşkil olunub. Düşərgə müddətində, həmçinin, iştirakçılar tərəfindən gələcəkdə yeni layihələrin həyata keçirilməsi məqsədilə komanda şəklində yeni layihələr səsləndirilib. Tədbir çərçivəsində mədəniyyət gecəsində Azərbaycan nümayəndə heyəti tərəfindən Azərbaycan haqqında ətraflı məlumat verilib və milli mətbəximizdən nümunələr nümayiş olunub. Eləcə də, “Bakı-2015” birinci Avropa Oyunlarının videoçarxı iştirakçıların nəzərinə çatdırılıb.

 
Paylaş:
Baxılıb: 660 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30