Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Smart Start” proqramına seçilən gənclər “Bakcell”də təcrübəyə başlayıblar

“Smart Start” proqramına seçilən gənclər “Bakcell”də təcrübəyə başlayıblar

14.07.2015 [09:52]

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkətinin təşkil etdiyi “Smart Start” proqramı çərçivəsində seçim prosesindən uğurla keçən gənclər şirkətdə təcrübə keçməyə başlayıblar. Tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan 18-25 yaş arası gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklər təqdim etmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir. Şirkətdən verilən məlumatda qeyd olunur ki, gənclər arasında “Smart Start” proqramına olan böyük marağın nəticəsində proqramda iştirak etmək üçün 1200 nəfərdən çox müraciət daxil olub və seçim prosesindən müvəffəqiyyətlə keçən 32 nəfər təcrübə proqramında iştirak hüququ qazanıb. İştirakçılar insan resursları, informasiya texnologiyaları, hüquq, texniki, mühasibatlıq, marketinq, müştəri xidmətləri, təchizat və logistika, tənzimləmə və dövlət qurumları ilə iş, korporativ satış, biznes texnologiyaları, pərakənda satış və distribusiya şöbələrində təcrübə keçməyə başlayıblar. Onların arasında “Bakcell” şirkətinin Korporativ Sosial Məsuliyyət proqramının tərəfdaşı olan SOS uşaq kəndlərindən də 3 nəfər gənc var.
Təcrübə müddətində iştirakçılar şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini öyrənir, eyni zamanda, karyera planlaşdırılması, biznes etikası, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünükəşf, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edirlər.
Səlim LOĞMANOĞLU

 
Paylaş:
Baxılıb: 684 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30