Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “ADA” Universitetində “açıq qapı” günləri keçiriləcək

“ADA” Universitetində “açıq qapı” günləri keçiriləcək

29.07.2015 [09:56]

“ADA” Universiteti abituriyentləri və valideynləri “açıq qapı” günlərinə dəvət edir.
“Açıq qapı” günləri avqustun 3-dən 7-dək saat 10:00-dan 13:00-dək keçiriləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, “açıq qapı” günlərinin iştirakçıları bakalavr proqramları, təhsil sistemi və tələbə həyatı haqqında ətraflı məlumat almaqla yanaşı, onları maraqlandıran suallarla “ADA” Universitetində çalışan müəllimlərə müraciət edə biləcəklər. Məlumat sessiyasından sonra isə iştirakçılar “ADA” Universitetinin kampusu ilə tanış olacaqlar.
2015-2016-cı tədris ili üçün “ADA” Universiteti birinci ixtisas qrupu üzrə kompyuter elmləri, kompyuter mühəndisliyi, ikinci ixtisas qrupu üzrə beynəlxalq münasibətlər, iqtisadiyyat, biznesin idarə edilməsi, üçüncü ixtisas qrupu üzrə dövlət və ictimai münasibətlər üzrə bakalavr proqramlarını təklif edir.
“ADA” Universitetinə gələrkən şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir.

 
Paylaş:
Baxılıb: 780 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30