“ADA” Universitetinin magistratura pilləsinə sənəd qəbulu başlayıb
03.10.2015 [11:09]
Oktyabrın 1-dən etibarən “ADA” Universitetində 2016-2017-ci tədris ili üçün ali təhsilin magistratura pilləsinə sənəd qəbulu başlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, təklif edilən proqramlar aşağıdakılardır: Diplomatiya və Beynəlxalq münasibətlər (MADIA); İctimai siyasət (MPP); Təhsil üzrə menecment (MAEM); Biznesin idarəedilməsi (Full-time, International MBA); Executive MBA.
Executive MBA “ADA” Universitetinin Niderland Krallığının Maastrixt Menecment Məktəbi (MSM) ilə birgə təklif etdiyi və modullarla tədris olunan proqramdır. Bu proqram minimum dörd illik iş təcrübəsi olan peşəkarlar üçün nəzərdə tutulub. Proqramın sonunda, məzunlar hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomu ilə təltif olunurlar.
“ADA” Universitetinin magistratura proqramlarında təhsil ingilis dilindədir və iki ilə qədərdir. Dərslər yerli və xarici professorlar tərəfindən aparılır. Təhsil müddətində tələbələr bir sıra akademik mübadilə səfərlərində də iştirak edirlər. Tələbələr əldə etdikləri akademik göstəricilərə uyğun olaraq təhsil haqqında tam və ya qismən güzəştlər əldə edə bilərlər. Eyni zamanda, “ADA” Universiteti Azərbaycanda ilk dəfə olaraq uzunmüddətli aşağı faizli təhsil kreditləri təklif edir. “ADA” Universitetinin tədris proqramlarında yerli tələbələrlə yanaşı dünyanın 40 ölkəsindən 100-dən çox xarici tələbə təhsil alır. Müxtəlif sosial layihələr, tələbə klubları, mütəmadi beynəlxalq konfranslar “ADA” Universitetində tələbə həyatını zənginləşdirir.
Maraqlananlar “ADA” Universitetinin veb səhifəsinə daxil olaraq elektron ərizə formasını doldurmaqla müraciət edə bilərlər. Sənəd qəbulu 2016-cı il 1 aprel tarixinə qədər davam edəcək.
Əlavə məlumat üçün: www.ada.edu.az; +994 12 437 08 30; admissions@ada.edu.az
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

