“Azərsu” ASC-nin yeni Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayıb
03.10.2015 [11:10]
Səhmdar Cəmiyyətin əməkdaşlıq etdiyi bir sıra beynəlxalq qurumların nümayəndələri yeni yaradılmış mərkəzdə olublar
Kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması, təlim-tədris işinin günün tələbləri səviyyəsində qurulması, bu sahədə müvafiq infrastrukturun yaradılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yeni Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayıb. Səhmdar Cəmiyyətin İctimaiyyətlə əlaqələr və şikayət şöbəsinin məlumatına görə, Hövsan Aerasiya Stansiyasının ərazisində mövcud inzibati bina əsaslı təmir olunub, zəruri mebel və avadanlıqlarla təchiz edilib. Ümumi sahəsi 5000 kv metr olan binanın zirzəmisində ilkin tibbi yardım otağı, inzibati otaqlar, arxiv, anbar yaradılıb. Mərkəzin 1-ci və 2-ci mərtəbələrində nəzəri və praktiki tədris otaqları, psixologiya kabineti, konfrans zalı, kitabxana, linqafon otağı, tədrisin inkişafı və digər sahələr üzrə laboratoriyalar, tədris-təcrübə kabineti yerləşir. Binanın 3-cü mərtəbəsi yataqxana, mansardı isə asudə vaxtın səmərəli təşkili üçün nəzərdə tutulub. Ümumilikdə, mərkəzdə 8 nəzəri, 10 praktiki təlim otağı yaradılıb ki, bu da eyni vaxtda 321 nəfərə təlim keçirilməsinə imkan verir. Burada mexanika, energetika, avtomatika və metrologiya, kompüter, coğrafi informasiya sistemi, SCADA, nəzarət ölçü cihazları kabinetləri fəaliyyət göstərir.
Mərkəzdə təlim iştirakçılarının məişət qayğıları, asudə vaxtlarının təşkili üçün də şərait yaradılıb. Binada mətbəx, 108 nəfərə xidmət göstərən yeməkxana, idman zalı fəaliyyət göstərir. Mərkəzin binasında regionlardan və xarici ölkələrdən gələn təlim iştirakçılarının yerləşməsi üçün 5-i VİP, 12-si standart olmaqla 67 yerlik yataq otaqları da var.
Təlim-Tədris Mərkəzində yaradılmış şəraitlə tanış olmaq üçün “Azərsu” ASC-nin əməkdaşlıq etdiyi Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) nümayəndələri yeni yaradılmış mərkəzdə olublar. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov yeni yaradılan Təlim-Tədris Mərkəzi barədə məlumat verərək bildirib ki, kadr hazırlığı işinin təkmilləşdirilməsi və mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün 2014-cü ildə Hövsan Aerasiya Stansiyasının ərazisində Təlim-Tədris Mərkəzinin yaradılmasına qərar verilib və təmir-tikinti işləri qısa müddətdə başa çatdırılıb. Müasir standartlar səviyyəsində qurulmuş mərkəzdə regional və beynəlxalq təlimlərin keçirilməsi məqsədilə yüksək səviyyəli şərait yaradılıb. Bu təcrübədən yararlanaraq gələcəkdə respublikanın bütün bölgələrini əhatə edən regional təlim-tədris mərkəzlərinin yaradılması nəzərdə tutulur. Beynəlxalq maliyyə qurumlarının Azərbaycanda və digər ölkələrdə reallaşdırdığı layihələr çərçivəsində bəzi beynəlxalq və regional təlimlərin yeni yaradılmış mərkəzdə keçirilməsi də perspektivdə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. Daha sonra Təlim-Tədris Mərkəzinin həyətyanı ərazisində inşası planlaşdırılan praktiki təlim poliqonlarının yaradılması layihəsinin təqdimatı keçirilib. Beynəlxalq maliyyə qurumlarının nümayəndələri Təlim-Tədris Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirib, burada beynəlxalq və regional təlimlərin keçirilməsi üçün lazımi şəraitin olduğunu, mərkəzin yaradılmasını “Azərsu” ASC-nin uğuru, insan resurslarından səmərəli istifadəyə yönəlmiş məqsədyönlü fəaliyyəti adlandırıblar. Qeyd olunub ki, birgə həyata keçirilən beynəlxalq layihələr çərçivəsində istifadəyə verilən qurğuların istismarı baxımından peşəkar mütəxəssislərin hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq maliyyə qurumlarının nümayəndələri mərkəzin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün dəstək veriləcəyini diqqətə çatdırıblar. Qeyd edək ki, kadr hazırlığı və işçilərin peşəkarlığının yüksəldilməsi “Azərsu” ASC-nin prioritet məqsədlərindəndir. Bu məqsədlə 2012-ci ildən başlayaraq mütəxəssislər yerli və xarici ölkələrdə təşkil olunan təlimlərə cəlb edilirlər. Ümumilikdə 2012-2015-ci illərdə “Azərsu” ASC-nin 7 mindən artıq əməkdaşı təlimlərə cəlb olunub. 2012-ci ildə Cəmiyyətin işçilərinin 5 faizi, 2013-cü ildə 10, 2014-cü ildə isə 32 faizi təlimlərdə iştirak edib.
Xəbər lenti
Hamısına baxHadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25

