“ASAN xidmət” Londonun “Civil Service Live 2015” sərgisində diqqət mərkəzində olub
09.10.2015 [10:03]
Azərbaycanda ictimai xidmət sahəsinin uğurlu transformasiyasına nail olmuş “ASAN xidmət”in nailiyyətləri Londonun məşhur “Queen Elizabeth II” konfrans mərkəzindəki “Civil Service Live 2015” adlı sərgi və konfransda nümayiş etdirilib. Bu ilin iyununda “ASAN xidmət”in Birləşmiş Millətlər Təşkilatının “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək mükafata layiq görülməsindən sonra baş tutan təqdimat Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilib. Tədbirdə dövlət qulluqçuları və ictimai xidmət mütəxəssisləri iştirak ediblər.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, Britaniyanın aparıcı nəşrlərindən olan “Civil Service World” jurnalının təşkil etdiyi “Civil Service Live 2015” sərgisinə ən yaxşı və müasir dünya təcrübəsi ilə tanış olmaq istəyən, aralarında dövlət qulluqçuları və özəl sektor təşkilatları əməkdaşlarının da olduğu 6000 nümayəndə qatılıb.
Konfransda “Xidmət və informasiyanı istifadə üçün daha sadə, aydın və sürətli etmək məqsədilə rəqəmsal sistemin tətbiqi” və “Effektivliyi artırmağa yönəlmiş yeni iş metodlarından istifadə, yeni, modern və dinamik iş atmosferinin yaradılması” əsas mövzulardan idi. Buna görə də, bütün diqqətlərin Azərbaycanın ictimai xidmət sahəsində inqilabi yeniliklər etmış “ASAN xidmət”ə yönəlməsi heç də təsadüfi deyil.
“Civil Service Live 2015” sərgi və konfransında təmsil olunan yeganə xarici təşkilatın - ASAN İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağasi “ASAN xidmət” haqda təqdimat çıxışında Azərbaycan hökumətinin genişmiqyaslı islahatlar həyata keçirdiyini və ictimai xidmət sahəsində belə bir nadir modeli ərsəyə gətirdiyini bildirib. O, daha sonra “ASAN xidmət” modelinin beş əsas sütununa toxunub: Əlçatanlıq - coğrafi mövqeyindən, dinindən və etnik kimliyindən asılı olmayaraq Azərbaycanda hər kəs “ASAN xidmət”dən yararlanmaq hüququna malikdir; hesabatlılıq - hər bir işçi vətəndaşlara göstərilən xidmətlə bağlı öz məsuliyyətini dərk etməlidir. Ona görə də, müştərilərin xidmətlə bağlı öz rəylərini bildirməsi üçün sistem tətbiq edilməkdədir. Bu sistemə “ASAN xidmət” mərkəzlərində yerləşdirilmiş “exit poll” terminalları, sosial media, müştəri razılığını əsas prioritetə çevirmiş və dövlət qulluqçularının mentalitetinin dəyişilməsinə yönəlmiş treninq proqramları, habelə mütəmadi olaraq keçirilən performans qiymətləndirilməsi daxildir; effektivlik - prosedurların mütəmadi olaraq nəzərdən keçirilməsi və ən son texnologiyaların tətbiqi göstərilən xidmətlərin səmərəliliyini təmin edir; şəffaflıq - informasiya açıq və şəffaf şəkildə müxtəlif kommunikasiya üsulları ilə çatdırılır. Ona görə də insanlarda əməl etməli olduqları proses və dövlət rüsumları haqda aydın fikir yaranır. Şəffaflıq məsələsi “ASAN xidmət” mərkəzlərinin dizaynında da öz əksini tapıb; innovasiya - bu, ikitərəfli prosesdir. “ASAN” hər zaman vətəndaşlarla əlaqədədir, onların rəylərini nəzərə alaraq “ASAN” mərkəzlərində həyata keçirilən ideyalara birləşdirməyə çalışır. Açılan hər yeni “ASAN xidmət” mərkəzi öncəkindən daha mükəmməl olur.
Kamran Ağası deyib: “ASAN” mərkəzləri artıq dövlət xidmətlərinin göstərildiyi bir mərkəzdən ümumi xidmət mərkəzinə çevrilməkdədir. Bu mərkəzlər mobil şirkətlər, kabel televiziyaları, kommunal xidmətlər də daxil olmaqla digər şirkətlər üçün də cəlbedici olub. Bizim mərkəzlərdə artıq bəzi tibbi xidmətlər də göstərilir.
Biz artıq yüksək texnologiyalı avtobuslarda ölkənin ucqar bölgələrinə də səyyar “ASAN xidmət” həyata keçiririk. Həmçinin evlərə xidmət göstərilir. Bunun üçün ödəniş edilir, lakin hərəkət imkanı məhdud olan şəxslər bu ödənişdən azaddırlar.
Azərbaycanın əhalisi 9,6 milyon nəfərdir. Təşkilatımız fəaliyyətə başladığı iki il yarım ərzində 6 milyondan çox insana xidmət göstərib. Hər bir mərkəz gün ərzində 2500-3000 insana xidmət göstərir. “Exit poll”arımız göstərir ki, müştərilərin 98 faizi göstərilən xidmətdən məmnundur”.
Təqdimat böyük maraqla qarşılanıb və tədbir aktiv sual-cavab sessiyası ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

