Məhkəmə-Hüquq Şurasının geniş iclası keçirilib
23.10.2015 [10:41]
Məhkəmə-Hüquq Şurasının hakim assosiasiyaları rəhbərlərinin və hakimlərin iştirakı ilə geniş iclası keçirilib.
Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov iclasda çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin intensiv inkişaf etdiyini, ictimai həyatın bütün sahələrində möhtəşəm nailiyyətlərin qazanıldığını bildirib. Qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən ardıcıl tədbirlər, xüsusən də əhalinin məhkəmələrə əlçatanlığının yaxşılaşdırılması, bu məqsədlə yeni məhkəmələrin yaradılması, habelə məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərib.
Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildiriblər ki, iclasda məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu vurğulanaraq bu sahədə görülən kompleks tədbirlərə toxunulub, təkcə Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində 11 məhkəmə üçün yeni, müasir tələblərə cavab verən binaların inşası, 40-dək məhkəmə binasının qabaqcıl standartlara uyğun layihələndirilməsi və hazırda onlardan artıq 10-nun inşasına başlanıldığı diqqətə çatdırılıb. Məhkəmə fəaliyyətinə xüsusi əhəmiyyət verən Prezident İlham Əliyevin bu günlərdə müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş və iki məhkəmənin yerləşdiyi Sabunçu Məhkəmə Kompleksinin açılışında şəxsən iştirakı hər bir hakimi ədalət mühakiməsini yüksək tələblər səviyyəsində həyata keçirməyə səfərbər edib.
İclasda, həmçinin hakimlərin seçilməsində ən şəffaf və mükəmməl qaydaların tətbiq olunması, çoxmərhələli seçim prosesi nəticəsində son illər ərzində 2600 namizəd sırasından 307 hüquqşünasın hakim vəzifəsinə təyin edilməsi qeyd olunub. Bildirilib ki, Azərbaycanın bu sahədə təcrübəsi mötəbər beynəlxalq qurumlar tərəfindən digər dövlətlərə örnək kimi tövsiyə edilir.
Şuranın iclasında 2010-cu ildə yeni qaydalarla seçilmiş 50-dək hakimin ilkin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar ətraflı təhlillər aparılıb, onların hər birinin fəaliyyəti yerində öyrənilib, yuxarı instansiya məhkəmələrinin rəyləri, Ədliyyə Nazirliyinin təqdim etdiyi və digər məlumatlar prinsipial müzakirə olunub.
Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxışında hakimlər tərəfindən yol verilən xarakterik nöqsanlara toxunub, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üzrə vəzifələri qeyd edib.
Səlahiyyət müddəti başa çatan hakimlərin iştirakı ilə keçirilən açıq müzakirələr zamanı vətəndaşların şikayətlərini doğuran nöqsan və çatışmazlıqlar diqqətə çatdırılıb, ədalətli və qərəzsiz olmağın, etik davranış kodeksinin tələblərinə dönmədən əməl etməyin və vətəndaşlara qayğılı münasibətin hər bir hakimin ən ümdə vəzifəsi olması vurğulanıb, onların hakim vəzifəsinə yararlılığına dair müvafiq təkliflər hazırlanıb.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19

