Füzulinin işğaldan azad olunmuş ərazilərində müharibənin dağıntılarından əsər-əlamət qalmayıb
08.01.2016 [10:10]
1994-cü ilin yanvar ayında işğaldan azad olunan Horadizdə bu gün böyük quruculuq işləri həyata keçirilir
Məlum olduğu kimi, 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Horadiz istiqamətində həyata keçirdiyi əməliyyat Azərbaycan Ordusunun ən uğurlu əməliyyatlarından biri kimi hərb tariximizə yazılıb. Belə ki, 1993-cü ilin iyun ayında Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində görülən işlər nəticəsində cəbhədəki vəziyyətdə dönüş yarandı. 1994-cü il yanvarın əvvəllərində həyata keçirilən Horadiz əməliyyatı nəticəsində erməni silahlı birləşmələrinin Beyləqan istiqamətində hücumunun qarşısı alınıb və Azərbaycan Ordusu əks-hücuma keçərək qısa müddətdə 21 min hektar ərazini - Füzuli rayonunun 20 Arazboyu kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad edib. Horadiz əməliyyatında iştirak edən 702-ci briqada bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd “Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.
Əlbəttə, bu uğura Ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərdə ruh yüksəkliyi yaratması nəticəsində nail olunub. Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir. Məhz bu əməliyyat Azərbaycan Ordusunun nəyə qadir olduğunu əyani şəkildə göstərib.
Artıq 1996-cı ildən Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Bu dövrdə məcburi köçkünlər üçün 16 qəsəbə salınıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib. Bu, dövlət qayğısının, aparılan uğurlu sosial və iqtisadi siyasətin nəticəsidir ki, 70 minə yaxın əhali rayon ərazisinə qayıdıb.
Təkcə son 12 ildə Prezident İlham Əliyev Füzuli rayonuna 5 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 6 Sərəncam imzalayıb. Dövlətimizin başçısı 2014-cü il avqustun 28-də Füzuliyə sonuncu səfəri zamanı Horadiz şəhərində Bayraq meydanının, Boulinq zalının, tikiş fabrikinin, rayon İcra Hakimiyyətinin inzibati binasının, uşaq bağçasının, tarix-diyarşünaslıq muzeyinin, işğal dövrü yandırılmış və dağıdılmış 227 fərdi evin və kommunal yaşayış binasının, Qəhrəmanlar parkının, Əhmədalılar-Mollaməhərrəmli-Arayatlı-Babı kəndlərarası avtomobil yolunun açılışında iştirak edib. Dövlətin yüksək qayğısı ilə əhatə olunan Horadiz ölkənin ən gözəl, abad və müasir şəhərlərindən birinə çevrilib. Bu gün cəbhə bölgəsində yerləşən Füzulinin işğaldan azad olunmuş ərazilərində müharibənin dağıntılarından əsər-əlamət qalmayıb. Hər tərəfdə gözəlliyin, səliqə-sahmanın, inkişafın, insanların xoş günlərinin şahidi olmaq mümkündür.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda ordu quruculuğu Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla həyata keçirir. Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi Milli Ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Əlbəttə, Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrələrini verir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində planlı, elmi əsaslarla aparılan ordu quruculuğu sahəsində məqsədyönlü işlər görülür. Bu illər ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, bu gün güclü, qüdrətli Azərbaycan Ordusu düşmənin istənilən təxribatlarını ən layiqli şəkildə cavablandırmağa qadirdir. Son zamanlar cəbhə xəttində işğalçıların ordumuz tərəfindən layiqli cavab alması, düşmənin xeyli itkilər verməsi də bunu bir daha təsdiqləyir. Şübhə yoxdur ki, əgər sülh danışıqları nəticə verməsə, işğal altında olan torpaqlarımız ordumuzun gücünə azad ediləcək. Həmin torpaqlarda da Horadizdə olduğu kimi, böyük quruculuq, abadlıq işləri aparılacaq və insanlar öz doğma torpaqlarına qayıdacaqlar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53

