Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gədəbəydə əhalinin tibbi müayinəsi davam edir

Gədəbəydə əhalinin tibbi müayinəsi davam edir

05.04.2016 [10:13]

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin hər yerində olduğu kimi, Gədəbəy rayonunda da əhalinin tibbi müayinəsi uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, keçirilən müayinələrin yüksək səviyyədə təşkili məqsədilə Gədəbəy rayon Mərkəzi Xəstəxanası lazımi avadanlıqlarla təchiz olunub, vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılıb. Xəstəxanaya gələ bilməyən yaşlı və hərəkət imkanları məhdud insanlara evlərində tibbi xidmət göstərilib. Bunun üçün tibb müəssisələrində çalışan həkimlərdən ibarət xüsusi səyyar briqadalar yaradılıb. Bu günə qədər 29311 nəfərin müayinələrdən keçməsi təmin olunub. Onlardan 5009 nəfərə ambulator, 23 nəfərə isə stasionar müalicə təyin olunub. Həmçinin 33 nəfər müalicə üçün Bakı şəhərinə göndərilib.
Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qorunmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, bu cür aksiyaların davamlı olmasını arzulayıblar.

Paylaş:
Baxılıb: 758 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30