Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Düşmənin artilleriya atəşi nəticəsində Tərtər rayonunun iki sakini yaralanıb

Düşmənin artilleriya atəşi nəticəsində Tərtər rayonunun iki sakini yaralanıb

05.04.2016 [10:24]

Cəbhəyanı yaşayış məntəqələrinin Ermənistan silahlı bölmələri tərəfindən intensiv atəşə tutulması davam edir.
AZƏRTAC xəbər verir ki, aprelin 4-də düşmən artilleriyasının atdığı mərmilər rayonun Düyərli kənd sakinləri Etibar Quliyevin evinə və Vüqar Ağayevin həyətinə düşüb. Nəticədə hər iki evə ciddi ziyan dəyib. Müxtəlif bədən xəsarətləri alan kənd sakinləri - 1984-cü il təvəllüdlü Mehparə Əliyeva və 1976-cı il təvəllüdlü Kəmalə Ağayeva Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Müdafiə Nazirliyinin nümayəndələri rayon mərkəzi xəstəxanasında yaralıların vəziyyəti ilə tanış olublar.
Hazırda yaralıların vəziyyəti orta ağırdır.

Paylaş:
Baxılıb: 648 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30