Milli tariximizi zənginləşdirən əsər
14.04.2016 [10:01]
Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı azadlıq ideyasının təntənəsi və milli dövlətçiliyə nail olmaq bugünkü dövlətçiliyimizin gerçək ifadəsidir. Bu işdə Azərbaycan xalqının minilliklərdən xəbər verən çoxəsrlik tarixinin bütün mərhələlərinə obyektiv yanaşma tariximizin tədqiqi, tarixi gerçəkliklərin təhrif olunmadan həqiqət prizmasından qiymətləndirilməsi bütün zamanlar üçün obyektivlik amillərinə söykənməlidir.
Milli tariximizin vicdanla tədqiqi, tarixi həqiqətin olduğu kimi yazıya köçürülməsi “haradan gəlib, hara gedirik” sualına cavab tapmaq, geniş anlamda özünü tanımaq və tanıda bilmək xüsusiyyəti böyük azərbaycançılığa gedən ideya, siyasi, iqtisadi və strateji mahiyyət kəsb edən böyük yola aparır.
Xalqımızın etnogenezisində fəal iştirak etmiş tayfalardan Şamlılar, Rumlular, Təkəlilər, Şirvanlılar, Dərbəndlilər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Mərcanlılar, Qazaxlar, Tircanlılar, Qızılhacılılar və digər tayfalar kimi Şadlılar da dövlətçiliyimizin formalaşmasında mühüm rol oynamışlar.
Tarixi mənbələrdən bir daha sübut olunur ki, 951-ci ildə Müsafiri əmirlərinin hakimiyyəti altında olan Dvini (Dəbil) Məhəmməd İbn Şəddad ələ keçirdi, amma Deyləmlilərlə münaqişə baş verdi. Bu zaman Şəddadın oğlu Əli I Ləşkəri Gəncəyə gələrək hakimiyyəti ələ keçirdi və Şəddadi əmirliyinin əsası qoyuldu. Əli Ləşkəri İbn Məhəmmədin (971-978) hakimiyyəti altında Gəncə, Dvin və Ani, müasir terminlə deyilsə, federasiya təşkil edirdilər. Bu əmirliklər birlikdə Bizans imperiyasına qarşı mübarizə aparmışlar və Rəvvadilər, Sacilər, Şirvanşahlar, o cümlədən Gürcüstanla hərbi münaqişələrə cəlb olunmuş, Azərbaycanın yadellilər tərəfindən işğalına qarşı çıxmışdılar.
Gəncə (Arzan) əmirliyi (971-1075) Arzan, Naxçıvan, Sünik, Qafan və digər əraziləri əhatə edirdi.
Şəddadilər dövründə Gəncənin inzibati-idarəçilik sistemində hərbi-strateji rolu, müasir dövlətçilik atributunun formalaşması ilə bağlı məsələlərin tədqiqi xüsusi maraq doğurur. Bu baxımdan görkəmli tibb alimi, xalqımızın məşhur təbibi, loğman oğlu Vaqif Şadlinskinin “Şadlinskilər” adlı kitabı elmi dəyərinə, xronoloji düzümünə ideya-siyasi və mənəvi mahiyyətinə, həmçinin problemə dair ilk araşdırma olduğuna görə çox zəruri və zəngin mənbə hesab edilir.
Müəllif bu kitabında Şəddadilər dövlətinin qurucusu Məhəmməd İbn Şəddada münasibətini bildirməklə Şadlinskilər nəsil şəcərəsinin tarixdə rolunu, Salarilərlə ziddiyyətli münasibətlər və 971-ci ildə Şəddadilər dövlətinin inzibati idarəçilik sisteminin mərkəzləşdirilməsi, Bərdənin, Şəmkirin Azərbaycanın idarəçilik sisteminə qatılması, Gəncənin daha da inkişaf etdirilməsi, 1030-cu ildə Xəzərlərə qarşı yürüşlər və bu təhlükənin aradan qaldırılması, Şirvanşahlarla qohumluq əlaqələrinin daha da genişləndirilməsi, Əlul-Əsvər Şavurun (1050-1067) daxili və xarici siyasəti, ümumiyyətlə, 971-ci ildən 1088-ci ilədək, yəni Məlikşahın sərkərdəsi Buğanın Gəncənin istilasına qədərki dövrünü ətraflı araşdırmış, eyni zamanda həmin dövrün siyasi hadisələrini müasir baxımdan təhlil etmişdir.
Professor Vaqif Şadlinskinin çox çətinliklə və gərgin zəhmət hesabına ərsəyə gətirdiyi “Şadlinskilər” kitabının böyük dəyəri bir də onunla ölçülür ki, müəllif Şadlinskilərin nəsil şəcərəsi ilə oxucuları təkcə məlumatlandırmaqla kifayətlənmir. O, Şadlinskilərin Şəmkirdə, Vedibasarda, Qazaxda, Gəncədə, Goranboyda, Bərdədə, Yaxın Şərqdə, Ön Asiyada, Cənubi Azərbaycanda, Suriyada, İraqda və dünyanın bir çox guşələrində məcburi mühacirətlə əlaqədar və yaxud hərbi-siyasi zərurət nəticəsində məskunlaşmaları ehtimalına aydınlıq gətirir.
Müəllifin kitabında Qazax seminariyasının məzunlarından Rzaqulu bəy Şadlinski yada salınır, o cümlədən Hacı Təhmasib Şadlinski, Teymur bəy Şadlinski və digərlərinin böyük ictimai-siyasi xadim, xalqımızın vətənpərvər oğlu doktor Nəriman Nərimanovla qohumluq əlaqələri fəxrlə xatırladılır. Qeyd olunduğu kimi, Teymur bəy Şadlinskinin, Dilşad xanım Şadlinskinin dünya poeziyasının korifeylərindən olan Xalq şairi Səməd Vurğunun müəllimləri olmaları, böyük şairin qiymətli fikir düşüncələrinin formalaşmasında Şadlinski dühalarından bəhrələnməsi bu qüdrətli zəka sahiblərinin mənəvi zənginliklərindən və əzəmətlərindən xəbər verir.
Şadlinskilərin vətənpərvərlik fəaliyyəti araşdırılarkən bu prosesi bir neçə mərhələyə ayırmaq olar. Kitabda X əsrdən başlanan ictimai-siyasi proseslər, XI əsrdən etibarən Səlcuq istilalarının başlanması, Azərbaycanda siyasi pərakəndəlik dövründə Şadlinskilərin sırf dövlətçilik fəaliyyəti ilə bağlı maraqlı məqamlar var. Qərbi Azərbaycanın gözəl guşələrindən olan Vedibasarda son 1500 ildə məskən salan Şadlinskilərin sonrakı taleyi ziddiyyətli məqamlarla müşahidə olunur. XIX əsrin əvvəllərində Azərbaycanın parçalanması prosesinə başlanır və bu istilaçılıq XIX əsrin birinci qərinəsində sona çatdırılır. Professor V.Şadlinski Şimali və Qərbi Azərbaycanda gedən bu mürtəce prosesləri, xüsusilə Vedibasarda, Şahablı, Qədirli, Qaraxaç, Zəngəzur, Göyçə və digər regionlarda ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınları, Zəngəzurda 16 kəndin yandırılmasını, 657 dinc sakinin qətlə yetirilməsini əsaslı faktlarla göstərilmişdir.
Professor Vaqif Şadlinskinin bioqrafiyası ilə yaxından tanış olanda bu qüdrətli zəka sahibinin əzmkarlığı, zəhmətkeşliyi, elm fədailiyi yaxşı mənada hər bir kəsi düşündürür. Bu fədakar alimin xalqımız üçün yaratdıqları, beynəlxalq miqyaslı elmi uğurları böyük təşəkkürlərə layiqdir.
Professor Vaqif Bilas oğlu Şadlinski 1968-ci ildə indiki Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1982-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyasını müdafiə edib və 390 elmi işin, 11 monoqrafiyanın, 19 dərslik və dərs vəsaitinin, 20 metodik tövsiyənin, 2 səmərələşdirici təklifin müəllifidir.
Onun rəhbərliyi altında 8 namizədlik və 6 doktorluq dissertasiyası müdafiə edilmiş və bu gün də Vaqif müəllim fəal şəkildə gənc kadrların hazırlanmasına öz layiqli töhfələrini verir.
Professor Vaqif Şadlinskini zamanın xoşbəxt alimi adlandırsaq, heç də səhv etmərik. O, 1983-cü ildə SSRİ Səhiyyə əlaçısı döş nişanı ilə təltif edilmişdir. 1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru, 1997-ci ildə Respublika Ziyalılar Cəmiyyətinin vitse-prezidenti və Ziyalı Universitetinin fəxri doktoru, Qafqaz Xalqlar Akademiyasının vitse-prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, 1999-cu ildə Beynəlxalq Kadrlar Akademiyasının anatomiya professoru, 2001-ci ildə Beynəlxalq Morfoloqlar Assosiasiyasının Koordinasiya Şurasının üzvü, 2002-ci ildə Avropa Patoloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü, 2004-cü ildə Rusiya Tibb Elmləri Akademiyasının, 2008-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının və 2009-cu ildə Avropa Təbiət Elmləri Akademiyasının (Hanover, Almaniya) akademiki seçilmişdir.
Professorun səmərəli elmi fəaliyyəti həmçinin layiqincə qiymətləndirilmişdir. O, 1998-ci ildə Akademik Yusif Məmmədəliyev adına mükafata, elə həmin ildə H.Z.Tağıyev adına mükafata, 1999-cu ildə Əməkdar həkim adına, bir sıra ictimai birliklərin diplomlarına layiq görülmüş, o cümlədən 2008-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilmiş, 2010-cu ildə Əməkdar elm xadimi adına layiq görülmüşdür.
Professor Vaqif Şadlinski Şadlinskilər haqqında apardığı araşdırmaları ümumiləşdirərkən həm də mükəmməl intellekt sahibi olduğunu, tarixi aspektdə də tədqiqatçılıq bacarığını nümayiş etdirmişdir.
Professor Vaqif Şadlinski Azərbaycan tarixşünaslığına gərək olan, onu zənginləşdirən əsər yazmaqla müəyyən zaman çərçivəsində Şadlinskilərin dövlətçilik fəaliyyətlərini, XIX əsrin sonu, XX əsrin əvvəllərində Vedibasarda cərəyan edən hadisələri, Şadlinskilərin elmi, ictimai-siyasi fəaliyyətlərini zamanın diktə etdiyi motivlər əsasında araşdırmaqla gələcək nəsillərə örnək olan tarixi şəxsiyyətlərin faktiki obrazını yaratmışdır. F.Bekon elə özü də obrazlı şəkildə demişdir: “Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir”.
Bu baxımdan professor Vaqif Şadlinskinin “Şadlinskilər” kitabı tarixi sənəd kimi çox qiymətlidir.
Məhəmməd Alı oğlu Balayev
fəlsəfə elmləri doktoru,
professor, Əməkdar müəllim
Şubay Cavad oğlu Nuruzadə
t.ü.f.doktoru, dosent
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

