Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / CASCFEN-dən növbəti ifadə azadlığı mədəniyyəti seminarı

CASCFEN-dən növbəti ifadə azadlığı mədəniyyəti seminarı

06.08.2016 [10:16]

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) müəllimlər, jurnalistlər və ictimai fəallar üçün növbəti seminarını keçirib. Tədbir “Müxtəlif kateqoriyadan olan qruplar üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarları” layihəsi çərçivəsində baş tutub. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla baş tutan seminar Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) gerçəkləşdirilib.
Açılış çıxışında CASCFEN sədri Azər Həsrət verdiyi dəstəyə görə Azərbaycan dövlətinə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və BAMF-ə, onun rəhbəri Umud Rəhimoğluna təşəkkür edib.
Layihənin eksperti, Space TV-nin redaktoru Nüşabə Hüseynli iştirakçılara onlayn müstəvidə davranış qaydaları haqqında danışıb. O, özəlliklə bu müstəvidə etik normalara və ümumi qəbul edilmiş qaydalara əməl edilməsinin vacibliyini vurğulayıb. Ayrı-ayrı örnəklərlə çıxışını zənginləşdirən ekspertə müxtəlif suallar ünvanlanıb. O, suallara cavab verməklə bərabər iştirakçıların təkliflərini də dinləyib.
Bundan sonra digər ekspert Sevda Əsgər çıxış edib. Onlayn etika haqqında danışan çıxışçı iştirakçılara netiketin 10 qızıl qaydasını tək-tək izah edib. O da müxtəlif suallara cavab verib, iştirakçıların təkliflərini dinləyib.
Sonda tədbirə yekun vuran CASCFEN sədri Azər Həsrət ifadə azadlığından sui-istifadə hallarından danışıb və iştirakçılara bu sahədə məsuliyyətlə bağlı bilgi verib. Bunun ardınca başa çatan tədbirdə iştirakçılara sertifikatlar təqdim edilib.

Paylaş:
Baxılıb: 604 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31