Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi çərçivəsində regionlarda görüşlər keçirilib
26.11.2016 [09:33]
BMT Uşaq Fondunun və onun yerli tərəfdaşı Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndələri Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi çərçivəsində Goranboy, Tərtər və Bərdə rayonlarının icra hakimiyyəti başçıları ilə görüşlər keçiriblər.
BAMF-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə BMT Uşaq Fondunun yeniyetmə və gənclərin işləri üzrə mütəxəssisləri xanım Aida Aylarova və Natiq Umarov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, fondun əməkdaşı və Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsinin koordinatoru Qiyas Abasov iştirak ediblər.
Səfərin məqsədi Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi çərçivəsində yaradılan Yeniyetmə və Gənclərdən İbarət Məşvərət şuraları ilə icra hakimiyyətləri arasında qarşılıqlı əməkdaşlıq və birgə layihələrin növbəti il üçün icra hakimiyyətlərinin fəaliyyət planına əlavə olunmasıdır. Görüşlərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, icra hakimiyyəti aparatlarının digər rəsmi şəxsləri, Yeniyetmə və Gənclərdən ibarət Məşvərət şuralarının üzvləri iştirak ediblər.
Görüş çərçivəsində iştirakçılara Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi haqqında məlumat verən BAMF sədri Umud Mirzəyev və BMT Uşaq Fondunun rəsmisi Aida Aylarova layihə çərçivəsində seçilən rayonların cəbhə xətti yaxınlığında yerləşməsinin heç də təsadüfi olmadığını qeyd ediblər. Layihə çərçivəsində həmin rayonların cəbhə xəttinə yaxın olan yaşayış məntəqələrində məskunlaşan yeniyetmə və gənclər fövqəladə hallarla bağlı psixoloji hazırlıq, mina təhlükəsizliyi kimi təlimlərə cəlb olunacaqlar.
BMT Uşaq Fondunun rəsmisi Aida Aylarova BMT-nin Uşaq Hüquqları Konvensiyası haqqında iştirakçılara məlumat verib və bu konvensiyaya qoşulan ölkələrdən birinin də Azərbaycan olduğunu qeyd edib. Azərbaycan hökuməti, yerli icra hakimiyyəti orqanlarının bu cür layihələrə dəstək olmalarının və qoşulmalarının həmin konvensiyada qeyd olunan uşaqların cəmiyyətdə fəal iştirak etmək və eşidilə bilmək hüquqlarının təmin olunması istiqamətində önəmli addım olduğunu bildirib. O, yerli icra hakimiyyətləri tərəfindən edilən bu cür təşəbbüslərin, eyni zamanda, bu təcrübənin dünya ölkələrinə model olaraq təqdim olunmasının vacibliyini vurğulayıb.
Görüşlərdə icra başçıları layihə çərçivəsində icra hakimiyyətləri ilə on minlərlə region gənci arasından seçilmiş Məşvərət Şurası üzvlərinin birgə həyata keçirəcəyi fəaliyyətlərin cəbhəyanı rayonların inkişafına müsbət təsir göstərəcəyini qeyd ediblər. Bu cür layihələrin regionlarda ixtisaslı kadrların yetişdirilməsi və istedadlı gənclərin üzə çıxarılması istiqamətində mühüm addım olduğu vurğulanıb.
Görüşdə Tərtər, Bərdə və Goranboy rayonlarının gəncləri arasından seçilmiş üç fəal gənc layihənin regionlar üzrə koordinatoru təyin olunub. Onlarla əməkdaşlıq haqda müqavilə imzalanıb.
Sonda Məşvərət şuraları ilə birgə fəaliyyətlərin Goranboy, Tərtər və Bərdə rayonlarının növbəti il üçün illik fəaliyyət planına salınması ilə bağlı razılıq əldə olunub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

