/ / "Azərsun Holdinq" "Made in Azerbaijan" brendinin xaricdə tanıdılması ilə bağlı üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır
"Azərsun Holdinq" "Made in Azerbaijan" brendinin xaricdə tanıdılması ilə bağlı üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır
28.11.2016 [17:45]
Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə yüksək alıcılıq qabiliyyətinə malik "Shokki Mokki" markasının istehsalı bu istiqamətdə atılan müvafiq addımlardan biri kimi dəyərləndirilə bilər
Məlum olduğu kimi, yeni iqtisadi şəraitdə Azərbaycanda iqtisadi aktivliyin artırılması, o cümlədən də qeyri-neft sektorunda daxili istehsalın genişləndirilməsi, xarici bazarlara rəqabətqabiliyyətli məhsul ixracının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Təbii ki, sözügedən istiqamətdə uğurların əldə edilməsi üçün dövlət qurumlarfı ilə yanaşı, özəl müəssisələr də müvafiq addımlar atmalı, öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmalıdırlar. Və bu istiqamətdə "Azərsun Holdinq"in atdığı addımları xüsusi olaraq vurğulamaq yerinə düşər. Belə ki, "Azərsun Holdinq" hazırda istehsal etdiyi keyfiyyətli məhsullarla nəinki daxili bazarda, o cümlədən xaricdə də aparıcı yerlərdən birini tutub.
Bir neçə gün öncə jurnalist həmkarlarımla birlikdə "Shokki Mokki"nin istehsal prosesi ilə tanışlıq zamanı bunun bir daha şahidi olduq. Beləliklə, ictimaiyyət üçün mütəmadi olaraq açıq qapı günləri, texniki gəzintilər və ekskursiyalar təşkil edən "Azərsun Holdinq" bu dəfə "Svit Star" şokolad fabrikinə jurnalistlər üçün media tur təşkil etdi. Müəssisəni ziyarət edən KİV nümayəndələrinə uşaqların və böyüklərin sevimli markası olan, tərkibini əsasən Zaqatalada yetişdirilən fındıq təşkil edən, zülalla zəngin, bədənə güc və enerji verən, zehni, fiziki yorğunluğu aradan qaldıran "Shokki Mokki" şokolad kremlərinin istehsal prosesi nümayiş etdirildi.
Jurnalistlərin suallarını cavablandıran müəssisənin mütəxəssisləri "Shokki Mokki"nin özəllikləri və üstünlükləri barədə ətraflı məlumat verdilər. Qeyd edildi ki, ekoloji cəhətdən sağlam şəraitdə istehsal edilən bu yerli məhsul istehlakçıların etimadını qazanaraq, beynəlxalq sertifikatlara layiq görülüb. Müasir fabrikdə Avropadan alınmış ən son avadanlıqlar quraşdırılıb, istehsal zamanı qida təhlükəsizliyi tələblərinə ciddi riayət olunur. Digər tanınmış yerli şokolad məhsulları istehsalçıları da şokolad kremini məhz "Azərsun Holdinq"in bu fabrikindən alırlar.
"Azərsun Holdinq"in Marketinq şöbəsinin əməkdaşı Nicat İbrahimovun sözlərinə görə, "Shokki Mokki"nin üstünlüyü yerli istehsal olması və azərbaycanlıların ağız dadına uyğun istehsal edilməsidir: "Məhsulun tərkibində olan xammal xaricdən gəlsə də, tərkibindəki fındığın miqdarı çoxdur və yerli fındıqdır. Fındıq Zaqataladan təmin olunur. Həmçinin Azərbaycan istehlakçısının ağız dadına uyğun məhsul istehsal edirik. Bundan başqa, məhsulları satış nöqtələrinə fasiləsiz və vaxtında çatdırılır. Xaricdən idxal olunan analoji məhsulların isə bəzən müəyyən səbəblərə görə satış nöqtələrinə verilməsi gecikir".
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, daim müxtəlif sosial və maarifləndirici layihələr həyata keçirərək insanların, xüsusən də uşaqların sağlamlığına və təhlükəsizliyinə xüsusi diqqətlə yanaşan bu marka ölkəmizin sosial həyatında aktiv şəkildə iştirak edir. Yeri gəlmişkən, "Azərsun Holdinq", eyni zamanda, "Made in Azerbaijan" brendinin yaradılması və xaricdə tanıdılması ilə bağlı da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Və heç şübhəsiz "Shokki Mokki" markasının istehsalı da bu istiqamətdə atılan müvafiq addımlardan biri kimi dəyərləndirilə bilər. Belə ki, ekoloji cəhətdən sağlam şəraitdə istehsal edilən, milli markamız olan "Shokki Mokki" müxtəlif ölkələrə ixrac edilir, iqtisadiyyatımızın inkişafına mühüm töhfə verir və "Made in Azerbaijan" yazısı ilə ölkəmizi xaricdə layiqincə təmsil edir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

