/ / Bəhruz Quliyev: Tarif Şurasının son qərarları dövlətin aztəminatlı ailələri nəzərə alması deməkdir
Bəhruz Quliyev: Tarif Şurasının son qərarları dövlətin aztəminatlı ailələri nəzərə alması deməkdir
30.11.2016 [09:24]
“Tarif (qiymət) Şurasının son qərarları ilk növbədə sosial ədalət prinsiplərinə əsaslanıb və burada əsas məqsədlərdən biri də ölkənin enerji təhlükəsizliyinin təmin olunmasıdır”. Bunu “Trend”ə açıqlamasında SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru, ekspert Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, vətəndaşların gündəlik istifadəsi üçün kommunal xərclərin köhnə tariflərdə saxlanılması ədalət prinsiplərinə əməl olunmasından irəli gəlir və daha bir əhəmiyyətli faktor - dövlətin aztəminatlı ailələri nəzərə alması faktoru da sözügedən məsələdə öz əhəmiyyətini qoruyub-saxlayır: “Belə ki, Tarif Şurasının məlum qərarları kommersiya şirkətləri ilə sadə vətəndaşların ödənişində kifayət qədər fərq yaradır”.
Ekspert həmçinin bildirib ki, bütövlükdə Tarif Şurası hər hansı bir qərar üzərində işləyərkən, ilk növbədə həmin qərarın təhlilini aparır və sonra yekun nəticəyə gəlinir: “Əgər nəzərə alsaq ki, Prezident İlham Əliyev cənabları xalqın sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atır, dövlətimiz bu və ya digər şəkildə mühüm sosial layihələr reallaşdırır, bu zaman mövcud qiymət dəyişikliklərində heç bir problemin olmadığını əminliklə deyə bilərik”.
B.Quliyev deyib ki, burada daha bir nüans da var: “Məsələn, bir neçə ildir ki dünyada qlobal iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda Azərbaycanda kommunal qiymətlər, demək olar ki, Avropadakı ölkələrin hər birindən ucuzdur. Hətta yeni tarifin müəyyənləşdirilməsi də mövcud qiymətin ucuzluğunu qoruyub saxlayıb. Belə olan halda qətiyyətlə deyə bilərik ki, vətəndaşların gündəlik istifadəsi üçün qaz və elektrik enerjisinin qiymətinin köhnə tariflərdə saxlanılması ədalət prinsiplərinin bariz göstəricisidir. Belə ki, tariflərin tənzimlənməsi ilə bağlı qərarlarda qeyd olunduğu kimi, qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyib. Ona görə ki, adi insanlar, yəni aztəminatlı ailələr qaz və enerjidən orada qeyd olunan rəqəmlərdən artıq istifadə etmirlər”.
Ekspert qeyd edib ki, yeni rəqəmlər yalnız kommersiya şirkətləri üçün fərqli olacaq ki, bu qiymətlər də elə ciddi təsirlərə səbəb olmayacaq: “Daha dəqiq desək, yalnız böyük müəssisələr, istehsalat şirkətləri daha çox qaz və enerjidən istifadə edirlər və istifadə etdikləri enerjinin qiymətini ödəyərkən kəskin fərqi hiss etməyəcəklər”.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15

