TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının koordinatorluğu Azərbaycandan Qazaxıstana keçib
02.12.2016 [09:33]
Dekabrın 1-də Şəki şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
“Marxal” müalicə-istirahət kompleksində keçirilən toplantının gündəliyinə qurumun ötənilki fəaliyyətinin qiymətləndirilməsi, ənənəvi festivalların, cari və yeni layihələrin müzakirəsi, üzv ölkələr arasında mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər daxil idi.
Toplantı iştirakçıları əvvəlcə AMEA Tarix İnstitutunun Azərbaycanın və türk dünyasının tarixinə dair çap etdirdiyi kitabların sərgisinə baxıblar.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb, təşkilatın təşəbbüsü ilə ölkəmizdə gerçəkləşən tədbirlərin ümumi mədəni irsimizin, incəsənətimizin qorunması, öyrənilməsi, türk xalqlarının yaxınlaşması, mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında Şəkinin qədim tarixi abidələri, sənətkarlıq incilərini özündə birləşdirən nadir bir xəzinə olduğunu vurğulayıb.
Sonra TÜRKSOY-un fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Daha sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Ramil Həsənov çıxış edərək şuranın fəaliyyəti haqqında məlumat verib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türk dünyasının tanınmış dövlət xadimlərini, elm və sənət adamlarını qədim Şəkidə görməkdən məmnunluğunu bildirib.
Sonra TÜRKSOY-a üzv ölkələrin nümayəndələri çıxış edərək mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün göstərilən səylərin artırılmasının vacibliyini vurğulayıblar.
Daha sonra TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı çərçivəsində təşkilatın 2016-cı il üzrə fəaliyyətinə həsr olunmuş işçi sessiya keçirilib.
Çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sessiyanın gündəliyi barədə məlumat verib. Bildirib ki, sessiyada TÜRKSOY-un fəaliyyəti və maliyyə hesabatları dinləniləcək, həmçinin 2017-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”nın seçilməsi, gələn il üçün fəaliyyət planı, təşkilata üzvlük haqlarının artırılması, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısının keçiriləcəyi yerin müəyyən olunması kimi məsələlər müzakirə olunacaq.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov qurumun 2016-cı il üzrə fəaliyyətindən bəhs edən hesabatla çıxış edib.
Sonra gündəlikdəki digər məsələlərə dair hesabatlar dinlənilib, müzakirələr aparılıb.
Sonda yekun bəyannamə imzalanıb və TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının koordinatorluğu Azərbaycandan Qazaxıstana keçib.
Həmçinin gələn il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı təklif nəzərdən keçirilib və Qazaxıstanın Türküstan şəhəri 2017-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.
TÜRKSOY və Şəki Şəhər İcra Hakimiyyəti adından toplantıda iştirak edən TÜRKSOY-a üzv ölkələrin nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib.
Bununla da, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının Şəkidə keçirilən 34-cü toplantısı işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

