Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan mütəxəssisləri icbari tibbi sığortanın Estoniya modeli ilə tanış olublar

Azərbaycan mütəxəssisləri icbari tibbi sığortanın Estoniya modeli ilə tanış olublar

06.12.2016 [09:47]

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri Sadiq Mədətov və Tural Qulu Estoniyanın paytaxtı Tallinndə Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üçün təşkil olunmuş Səhiyyə Sistemlərinin Müştərək Şəbəkəsinin ikinci görüşündə iştirak ediblər.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Qlobal Fond, Dünya Səhiyyə Təşkilatı və Estoniya Sosial İşlər Nazirliyinin birgə dəstəyi ilə təşkil edilən görüşdə dövlət büdcəsindən səhiyyəyə maliyyə resursları ayrılarkən meydana çıxan problemlərin və səhiyyə sisteminin maliyyə dayanıqlılığını təmin etmək üçün hazırlanan effektiv siyasət sənədlərinin müzakirəsi aparılıb. Görüşdə, həmçinin səhiyyə sistemlərinin maliyyələşməsi, hesabatı və monitorinqi, səhiyyəyə ayrılan maliyyə resurslarının xərclənməsinə nəzarət mexanizmləri müzakirə edilib və Avropa ölkələrinin bu sahədə təcrübələri öyrənilib.
Agentliyin nümayəndələri Azərbaycanda icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqqında iştirakçılara məlumat veriblər.
Sonra Azərbaycan mütəxəssisləri Estoniya Tibbi Sığorta Fondunda görüşlər keçiriblər. Mütəxəssislərimiz burada icbari tibbi sığortanın Estoniya modeli ilə tanış olublar.
Daha sonra agentliyin nümayəndələri Qərbi Tallinn Mərkəzi Xəstəxanasında və ilkin səhiyyə xidməti göstərən mərkəzdə tibbi xidmətin göstərilmə mexanizmlərinə yiyələniblər.

Paylaş:
Baxılıb: 581 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31