/ / Simone Volken: Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər təqdirəlayiqdir
Simone Volken: Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər təqdirəlayiqdir
17.12.2016 [12:04]
Dekabrın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Cənubi Qafqaz üzrə regional nümayəndəsi xanım Simone Volken və BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Furio De Angelis ilə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi ölkəmizin BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bütün bunlar istər BMT QAK-ın ali komissarı, istərsə də digər rəsmiləri tərəfindən həmişə yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.
Görüşdə BMT QAK-ın yeni fəaliyyətə başlayan regional nümayəndəliyinin yaradılmasında əsas məqsədin yerli nümayəndəliklərin fəaliyyətinə dəstək verməkdən ibarət olduğu vurğulanıb. Qeyd edilib ki, BMT QAK bu gün də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən təşkilatlardandır və bu qurumun Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olub.
Fuad Hüseynov Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən, Azərbaycan dövlətinin bütün ölkələrlə, beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyindən danışıb. Diqqətə çatdırıb ki, bu gün ölkəmizin həll olunmamış yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin həllində vasitəçilik missiyası həvalə olunmuş ATƏT-in Minsk qrupunun heç bir irəliləyişə nail ola bilməməsindən, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsindən danışan Fuad Hüseynov deyib ki, bu, ən böyük ədalətsizlikdir və beynəlxalq hüquq normalarının pozulmasıdır.
Görüşdə Simone Volken hər dəfə Azərbaycanda səfərdə olarkən iqtisadi inkişafın yeni nəticələrini görməkdən şad olduğunu söyləyib. O, Azərbaycanın hər gün mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilməsinə heyran qaldığını bildirib. Qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyini vurğulayıb və münaqişənin həlli ilə məşğul olan beynəlxalq təşkilatların səylərinin artırılacağına əminliyini bildirib. Simone Volken, həmçinin Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

