KİVDF Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin nəticələrini açıqlayıb
20.12.2016 [10:32]
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdikləri “BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan Multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev, Fondun icraçı direktoru Vüqar Səfərli, nazirliyin məsul vəzifəli əməkdaşları, ölkənin 10-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev qonaqları salamlayaraq respublikamızın müxtəlif azsaylı xalqların yaşadığı tolerant və multikultural məkan kimi tanındığını, bu sahədə əldə etdiyimiz uğurların beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Azərbaycanın milli-dini tolerantlıq sahəsində böyük təcrübəyə malik olduğunu bildirən Vaqif Əliyev ölkə rəhbərliyinin “Multikulturalizm ili” çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Mədəniyyət və turizm nazirinin I müavini son illər ölkəmizdə qlobal miqyaslı tədbirlərin keçirilməsini Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlərlə əlaqələndirib.
Vaqif Əliyev həmçinin qeyd edib ki, BMT Baş Assambleyasının qərarı ilə təşkilatın Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun əyani göstəricisidir. Vaqif Əliyev Forum ərəfəsində və sonra Fondla birgə iki fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsinin tədbirin əhəmiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini xüsusu vurğulayıb. Mədəniyyət və turizm nazirinin I müavini sonuncu müsabiqənin nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsini mühüm tarixi hadisə kimi dəyərləndirib. İcraçı direktor bildirib ki, “Multikulturalizm ili” çərçivəsində həyata keçirilən müxtəlif tədbirlər respublikamızın beynəlxalq nüfuzunun artmasına və bu sahədə tarixən qazanılmış uğurlu təcrübənin dünya miqyasında təbliğinə geniş imkanlar açıb.
İcraçı direktor “Mültikulturalizm ili” çərçivəsində Fondun təşkilatçılığı ilə 2016-cı ilin avqust ayında Xaçmaz, dekabr ayında isə İsmayıllı rayonlarında etnik-dini icmaların və KİV nümayəndələrinin iştirakı ilə “Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı” mövzusunda regional konfransların keçirildiyini bildirib.
Fondun icraçı direktoru Mədəniyyət və Turizm Nazirliyi ilə bağlı birinci fərdi jurnalist yazıları müsabiqəsinin BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ərəfəsində keçirildiyini xatırladıb. İcraçı direktor ilk müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində Forumun yekunlarına həsr olunmuş daha bir fərdi jurnalist yazıları müsabiqəsinin keçiriləcəyi barədə qərarın elan edildiyini diqqətə çatdırıb.
Vüqar Səfərli həmçinin bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi və Fondun birgə təşkil etdikləri hər iki fərdi jurnalist yazıları müsabiqələrinin əsas məqsədi respublikamızın multikulturalizm sahəsində çoxəsrlik uğurlu təcrübəsinin araşdırılması, habelə Forumun ölkəmiz üçün əhəmiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması olub.
Vüqar Səfərli 2016-cı il iyunun 1-dən oktyabrın 31-dək davam edən son müsabiqəyə 28 kütləvi informasiya vasitəsindən 42 yazının təqdim edildiyini diqqətə çatdırıb. İcraçı direktor Fondun və nazirliyin ekspertlərinin yekun qərarına əsasən, 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfərin mükafatlandırılacağını bildirib.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.
Çıxışını davam etdirən Vüqar Səfərli il ərzində iki fərdi jurnalist yazıları müsabiqəsinin təşkilinə verdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib. İcraçı direktor media və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində fəal roluna görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Fondun xüsusi diplomuna layiq görüldüyünü diqqətə çatdıraraq diplomu nazirin birinci müavini Vaqif Əliyevə təqdim edib.
Tədbiri yekunlaşdıran mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev birgə müsabiqənin təşkilinə və KİV-lərlə əməkdaşlığın genişləndirilməsindəki xidmətlərinə görə Fondun rəhbərliyinə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, qəzetimizin şöbə redaktoru Nadir Azəri də mükafat alanlar sırasındadır.
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

