Səbail rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitabın təqdimat mərasimi keçirilib
21.12.2016 [09:50]
Dünən Səbail rayon İcra Hakimiyyətinin dəstəyi ilə Milli Azərbaycan Tarixi Muzeyində “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə rayon rəhbərliyi, ziyalılar, gənclər, ağsaqqallar, veteranlar və ictimaiyyət nümayəndələri, pedaqoji kollektivlərin təmsilçiləri və həmçinin kitabda məqalələri toplanmış şagirdlər iştirak ediblər.
Əvvəlcə muzeyin foyesində qonaqlar və tədbir iştirakçılarına 7 nömrəli orta məktəb şagirdləri tərəfindən hazırlanmış Azərbaycan tarixinin müxtəlif dövrlərini təmsil edən hökmdarların obrazları nümayiş olunub və həmin tarixi şəxsiyyətlərin gördüyü işlər və qazandığı uğurlar barədə məlumat verilib.
Təqdimat mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycan tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan və Səbail rayonunun orta məktəblərinin 33 şagirdinin hazırladıqları monoqrafiyaların toplandığı, nəfis tərtibatlı kitab daş dövründən başlayaraq müasir dövrə kimi olan bir zamanı əhatə edir. Kitabın nəşri həm də şagirdlərimizin gələcəkdə tariximizi daha dərindən öyrənmələrinə, onun ayrı-ayrı dövrlərinin araşdırmalarına marağı artıracaqdır. O, məktəbliləri və onların müəllimlərini belə bir maraqlı kitabın işıq üzü görməsi ilə bağlı təbrik edib.
Təqdimat mərasimində çıxış edən 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, kitabın redaktoru Elmin İmanov, məqalələri kitaba daxil edilmiş 2 nömrəli Texniki-humanitar elmlər liseyinin şagirdi Murad Kərimov, 7 nömrəli məktəbin şagirdi Firavan Əlizadə, 6 nömrəli məktəb-liseyin şagirdi Əsmər Səfərli və başqaları Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində özünəməxsus yer tutduğunu, Onun tariximizin dərindən öyrənilməsi və təbliği ilə bağlı gördüyü işlərdən, bu kitabın gələcək nəslin tərbiyəsi və maarifləndirilməsi istiqamətindəki rolundan danışıb, kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda gələcəkdə də bu seriyadan olan digər kitabların çap olunacağı qeyd olunub.
Sonda tədbir iştirakçıları və məktəblilər muzeyin yeni eksponatları ilə tanış olublar.
Qeyd edək ki, bu ilin əvvəlində Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bütün orta ümumtəhsil məktəblərində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfranslar keçirilib, bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə məqalələr yazıblar. Sonradan RİH-də keçirilən yekun konfransında bu işlərin ən yaxşılarının seçilərək kitab şəklində çap olunması qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

