Azərbaycan və Rusiya hüquqi sahədə səmərəli əməkdaşlıq edir
29.12.2016 [09:55]
Azərbaycan Ombudsman təsisatının yaranmasının 15 illiyi ilə əlaqədar Bakıda keçirilən “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkova ilə dekabrın 28-də Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.
Tədbirdə, həmçinin Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova və Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin iştirak ediblər.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini vurğulayan nazir bu əlaqələrin inkişafında dövlət başçılarımızın xüsusi rolunu və qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib. F.Məmmədov zəngin müqavilə bazasına söykənən əlaqələrin hüquqi sahədə də uğurla inkişaf etdiyini, səfər zamanı iki ölkənin Ombudsman təsisatları arasında yeni imzalanmış ikitərəfli əməkdaşlıq sazişinin əlaqələrimizin genişləndirilməsinə böyük təkan olacağını bildirib.
Nazir F.Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda insan hüquqları sahəsində aparılan qanunvericilik və institusional tədbirlərdən danışıb, məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemin inkişafı üzrə görülən işlər, bu sahədə səmərəli ictimai nəzarət mexanizminin tətbiqi, infrastrukturun müasirləşdirilməsi, əldə olunan müsbət təcrübələr və digər nailiyyətlər barədə məlumat verib. Ombudsman təsisatı və onun penitensiar müəssisələrə mütəmadi baş çəkən Milli Preventiv Qrupu ilə səmərəli qarşılıqlı fəaliyyəti qeyd edib.
Azərbaycana səfərindən və Prezident İlham Əliyev tərəfindən qəbul olunmasından məmnunluğunu ifadə edən qonaq iki ölkə arasında hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Xanım T.Moskalkova öz fəaliyyəti barədə məlumat verib, Azərbaycanın təcrübəsinə maraq göstərərək insan hüquqlarının qorunması istiqamətində dövlətin siyasi iradəsi ilə atılan mühüm addımları, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə tədbirləri təqdir edib.
Görüşdə əməkdaşlığın prioritetlərinə, o cümlədən hüquqi yardım, məhkumların verilməsi və digər maraq doğuran məsələlərə dair faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Qonaq nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

