UNEC-də qış imtahan sessiyası başlayıb
30.12.2016 [09:37]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016/17-ci tədris ilinin qış imtahan sessiyası başlayıb. Bu gündən (dünən - red.) start verilən yeni sessiya dövründə də tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi prioritet seçilib. Bununla bağlı UNEC-də bir sıra yeniliklər tətbiq edilib.
Bu il də UNEC-də imtahanlar ictimaiyyətə açıq keçiriləcək. Sessiya dövründə ilk dəfə olaraq QHT nümayəndələri tələbələr arasında sessiya ilə bağlı anonim sorğu keçirəcəklər. Sorğunun nəticələri imtahanların təşkili və tələbə biliyinin qiymətləndirilməsi ilə bağlı real vəziyyəti ortaya çıxaracaq. Qarşıya çıxan problemlərin həlli üçün müvafiq addımlar atılacaq.
Qış imtahan sessiyasının bir yeniliyi də ondan ibarətdir ki, bu il universitetin “Qaynar xətt” (146-1-3) xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə ediləcək. Xidmətə daxil olan müraciət və şikayətlər, eyni zamanda, onların araşdırılmasına da yalnız onlar nəzarət edəcək.
Sessiyanın sonuna kimi UNEC-də kitabxana və oxu zalları axşam saat 22.00-dək işləyəcək. Tələbələr imtahana hazırlaşarkən yaranan sıxlığın aradan qaldırılması üçün bütün tədris binalarında fasiləsiz internetlə təmin edilən xüsusi auditoriyalar ayrılıb.
Sessiya dövründə hər həftənin şənbə günü saat 10:00-12:00-da UNEC rektorunun “Açıq qapı” günü keçiriləcək. UNEC-in rektoru, professor Ədalət Muradov KİV və QHT nümayəndələrini “Açıq qapı” günlərində, həm də imtahan sessiyasında yaxından iştirak etməyə dəvət edib: “Universitetdə təhsilin keyfiyyətinin davamlı təkmilləşdirilməsi üçün sizin rəyiniz bizim üçün çox əhəmiyyətlidir”.
Qeyd edilənlər rektorun qış imtahan sessiyasının başlaması münasibəti ilə tələbə və valideynlərə müraciətində də öz əksini tapıb. Müraciətdə bildirilib ki, imtahan sessiyası ictimaiyyətə açıq keçirilir və istənilən valideyn övladının imtahanını izləyə bilər. Jurnalistlər isə “nəzarətçi” qismində imtahanlara cəlb ediləcəklər.
Zaqatala və Dərbənd filialları, eyni zamanda, Maliyyə-İqtisad Kollecində də imtahanlar eyni qaydada keçiriləcək.
UNEC-də qış imtahan sessiyası fevralın 2-də yekunlaşacaq. Hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək. Məqsəd həm də UNEC tələbələrinin təhsilə olan maraqlarının stimullaşdırılmasıdır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

