/ / Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri Ali Məhkəmənin sədri ilə görüşüblər
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri Ali Məhkəmənin sədri ilə görüşüblər
14.01.2017 [10:03]
Yanvarın 13-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Predanın və Stefan Şennakın rəhbərlik etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşüb.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara məlumat verib. Bildirib ki, ölkəmizdə beynəlxalq hüquqi aktların, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının tətbiqinə, məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilməsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinə və tətbiqinə xüsusi əhəmiyyət verilir. Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ayrıca təlimlər, Ali Məhkəmədə daimi fəaliyyət göstərən həftəlik xüsusi seminarlar, Ali Məhkəmənin hakimləri və aparat işçilərinin təşkilatçılığı və iştirakı ilə Bakıda və regionlarda seminarlar keçirilir. O cümlədən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkənin regionlarının inkişafı məqsədilə yeni məhkəmələrin, regionlarda yeni apellyasiya, inzibati-iqtisadi, ağır cinayətlər və hərbi məhkəmələrin yaradılması, hakimlərin ştat sayının iki dəfə artırılması, məhkəmə aparatlarının strukturunun təkmilləşdirilməsi diqqətə çatdırılıb. R.Rzayev məhkəmə infrastrukturunun müasirləşdirilməsi məqsədilə məhkəmələr üçün yeni, müasir binaların istifadəyə verilməsini, “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasını, ədalət mühakiməsinin təkmilləşdirilməsi məqsədilə Ali Məhkəmə tərəfindən mütəmadi məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və bunun nəticəsi olaraq Ali Məhkəmənin Plenumu tərəfindən müvafiq qərarların qəbul edilməsini vurğulayıb.
AŞPA-nın Monitorinq Komitəsinin üzvləri Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərib, Ali Məhkəmənin Plenumunun qəbul etdiyi müxtəlif qərarların məhkəmə təcrübəsinin təkmilləşdirilməsində əhəmiyyətini yüksək dəyərləndiriblər. Qonaqlar Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu münasibətlərin bundan sonra da davam etdiriləcəyini bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

