“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi 20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçirir
18.01.2017 [09:39]
Qurumun təşkil etdiyi tədbirlərə “Gürcüstan 9 aprel” fondunun nümayəndələri də qatılacaqlar
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Tədbirlər planında respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.
Öz növbəsində “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi də 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər həyata keçirməkdədir. İctimai Birliyin sədri Akif Kərimov bildirib ki, rəhbərlik etdiyi qurum istər ölkə daxilində, istərsə də sərhədlərimizdən kənarda 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin, bu faciədə şəhid olmuş qəhrəman Vətən övladlarının azadlıq mübarizəsinin təbliğ olunması istiqamətində iş aparır. 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə daha yaxından tanıdılması üçün xarici ölkələrin qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq edildiyini diqqətə çatdıran A.Kərimov bu təşkilatlar vasitəsilə Azərbaycan həqiqətlərinin yayılmasına nail olacaqlarına əminliyini ifadə edib: “Gürcüstanda fəaliyyət göstərən “Gürcüstan 9 aprel” fondunun nümayəndələri hər il 20 Yanvar faciəsi ilə bağlı tədbirlərdə iştirak etmək üçün ölkəmizə gəlirlər. Məlum olduğu kimi, imperiya qüvvələri 1989-cu ilin 9 aprelində Gürcüstanın paytaxtı Tbilisi şəhərində də qırğınlar törədiblər. Biz də hər ilin aprel ayında həmin faciə ilə bağlı tədbirlərə qatılırıq. Bu il fondun rəhbəri Vaja Mamulaşvili və qurumun aktiv üzvlərindən Saja Sulkan, Georgi Qiqauri “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə tədbirlərə qatılacaqlar. Nümayəndələr Şəhidlər xiyabanını ziyarət edəcək, 20 Yanvar faciəsinə həsr edilmiş tədbirlərdə, mətbuat konfranslarında çıxış edəcəklər”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

