Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
19.01.2017 [10:13]
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 27-ci ildönümünü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir ki, Qanlı Yanvar faciəsi Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur məqamı kimi həkk olunub. 20 Yanvar faciəsi xalqımızın yaddaşında yaşayır və əsla unudulmayacaq. Vətən uğrunda həyatlarını qurban vermiş övladlarımız Allah-təalanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalıblar.
Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar günü bütün faciəsi ilə yanaşı, xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxtda bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilənləri hüquqa, demokratiyaya, humanizmə qarşı cinayət kimi səciyyələndirdi.
Bakıdan isə şeyxülislam Allahşükür Paşazadə keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçova ünvanladığı məktubunda törədilənlərə görə onu təqsirləndirdi və Azərbaycan xalqı adından ittiham etdi. Siyasi liderimizin, xalqımızın və dini rəhbərimizin birgə mövqeyi milləti ruhlandırdı, haqsızlığa qarşı səfərbər etdi. Əli öz vətəndaşlarının qanına bulaşmış hərbi rejimin bütün hədə-qorxularına, ölüm təhdidlərinə belə baxmayaraq, fövqəladə vəziyyət şəraitində bir milyondan artıq insan şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidlərini ehtiramla son mənzilə yola saldı.
Qafqaz Müsəlmanları İdarəsi, dini liderlər qanlı hadisələr zamanı xalqın önündə birlikdə oldular. Bütün imkanlardan, qüvvələrindən istifadə edərək çalışdılar ki, 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsınlar, haqq işimiz dəstək qazansın, törədilənlər insaniyyətə qarşı yönələn amansız cinayət kimi qiymətləndirilsin. Təəssüf ki, sovet rəhbərliyi tərəfindən Azərbaycan xalqına və onun böyük oğlu, Ulu öndər Heydər Əliyevə qarşı məkr və təxribatların davamı olan 20 Yanvar faciəsi bu günədək tam beynəlxalq hüquqi, siyasi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb. Dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşılması, təəssüflər olsun ki, Azərbaycan xalqına qarşı Qarabağda təcavüz, kütləvi terror, Xocalı qətliamını törədənlərə münasibətdə də özünü göstərib. Azadlıq və demokratiyadan dəm vuran bəzi ölkələr və beynəlxalq təşkilatlar hələ də susmağa üstünlük verirlər.
Azadlığın yolu şərəfli, müqəddəsdir və Azərbaycan xalqı öz müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlər verdi. Şəhidlər Allahın onlara göndərdiyi imtahandan mərdliklə, fədakarlıqla çıxıb axirətlərini cənnətdə qazanmışlardır. Odur ki, 20 Yanvar günü kədərə-qüssəyə batmaq günü deyil, şəhidlərimizi anmaq, xalqımıza, xüsusilə gənclərimizə qəhrəmanlıq və vətənpərvərlik ruhu təlqin etmək günü olmalıdır.
Bəyanatda deyilir: “Qafqaz Müsəlmanları İdarəsi bütün Qafqaz müsəlmanlarının adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz uğrunda canlarını fəda etmiş şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Multikultural dəyərlərə malik Azərbaycanın müstəqilliyi uğrunda müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız şəhid olublar. Biz şəhidlərimizi unutmuruq və heç zaman unutmayacağıq. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, Vətənimizin qüdrəti və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz öz ülvi arzularına yetişəcək.
Bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın, o cümlədən dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur”.
Uca Allah Vətən torpağı uğrunda canını fəda etmiş şəhidlərə rəhmət eləsin!
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50

