Daşkəsəndə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi böyük ehtiramla yad edilib
20.01.2017 [09:49]
20 Yanvar faciəsinin qurbanlarının xatirəsi bütün ölkəmizdə olduğu kimi, Daşkəsən rayonunda da dərin ehtiramla yad edilib. Belə ki, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin müvafiq sərəncamına əsasən faciənin ildönümünün rayon ərazisində geniş şəkildə qeyd olunmasını nəzərdə tutan tədbirlər planı hazırlanıb, yanvar ayının 6-dan 20-dək silsilə tədbirlərlə şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub. Rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində “dəyirmi masa”lar, müzakirələr və digər geniş anım tədbirləri keçirilib, həmçinin mədəni-maarif müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş fotostend, kitab sərgiləri hazırlanıb, kitabxana müəssisələrində oxucu konfransları təşkil olunub, bütün tədris müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş xüsusi dərslər keçirilib.
Dünən isə rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Daşkəsən rayon Şəhidlər xiyabanında ümumrayon anım mərasimi keçirilib. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub. Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların ehtiyac və qayğıları ilə maraqlanıb.
Ümumrayon tədbiri sonra rayon Mədəniyyət Mərkəzində davam etdirilib. Mərkəzin foyesində məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi təşkil edilib.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tədbirdə çıxış edərək deyib ki, 1990-cı ilin 20 yanvarında törədilmiş faciəli hadisələr xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu erməni silahlı quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Azərbaycanın müstəqillik və milli azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında xalqımıza qarşı misli görünməmiş vəhşiliklər törədilmişdir.
Bu qanlı faciə Azərbaycan xalqının milli azadlığı və ərazi bütövlüyü uğrunda aparmış olduğu şanlı mübarizə tarixində qara səhifə kimi heç vaxt unudulmayacaqdır”.
Daha sonra tədbirdə rayon mədəniyyət işçilərinin və məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib və 20 Yanvar faciəsindən bəhs edən filmə baxılıb.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

